"KATALİZATOR" müasir incəsənət sərgisi -

"KATALİZATOR" müasir incəsənət sərgisi

“Baku Creative Center” yaradıcılıq mərkəzinin təşkilatçılığı ilə keçirilən “Bakı Qalereyalar Festivalı” çərçivəsində sayca 9-cu olan “KATALİZATOR” adlı müasir incəsən sərgisi “Müasir İncəsənət Mərkəzində” “Birləşmiş Rəssamlar Klubunun” sponsorluğu ilə keçiriləcək.
“KATALİZATOR” – Azərbaycanın müasir incəsənətinin inkişafını surətləndirməyə iddialı olan rəssamaların müasir incəsənət sərgisidir. Onlar incəsənət üçün daha sürətli yol təklif edirlər. “Katolizatorlar” sərgiləri ilə incəsənətə reaksiya verirlər, müasir incəsənətdə apardıqları müşahidələrin nəticəsi kimi artıq formasiyalara uğramış yeni art məhsullarını təqdim edərək, eyni prinsipli prossesi təkrarlayırlar.
Sərgidə Novruz Məmmədov, Fərəc Rəhmanov, İslam Həsənəlizadə, Erkin Ələkbərli, Bəhruz Kəngərli və Təkin Əfəndiyevin rəngkarlıq, qrafika və instalyasiyaları, eləcə də, Həbib Saher və Yunis Krılovun video – art nümunələri təqdim olunacaq.
Baki Qalereyalar Festivalının keçirilməsinin əsas məqsədi Bakida qalereya həyatını canlandırmaq, yaradıcı şəxsləri bir araya gətirib ümumi iş ətrafında birləşdirmək, festival vasitəsilə sadə insanlarda incəsənətə maraq yaratmaq və bütün bunların nəticəsində sənətsevərlər üçün əsl incəsənət bayramı təşkil etməkdir. O cümlədən, festival öz növündə Bakıda ilk dəfə keçirilməsi ilə əlaqədar olaraq, ənənəvi xarakter alması da nəzərdə tutulur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !