Orxan Hüseynovun sərgisi -

Orxan Hüseynovun sərgisi

Orxan Hüseynovun “Ofis” sərgisi Azərbaycan reallığının ən aktual mövzularından birinə - bir tərəfdən ölkəmizə geniş axın etmiş Qərb texnologiyaları və menecment, digər tərəfdən bu texnologiyalarla işləyən milli kadrların təfəkkürü arasında yaranan ziddiyyətə həsr olunub. Qərb liberal-iqtisadi dəyərlərinin vətəndaşlarımızın çox hissəsinin qəbul etdiyi islam dini ilə “görüşü” həmin bu "Ofis"-də gerçəkləşir. Rəssam lokal situasiyaya əlavə qismində ofisin öz ruhunu canlandırır. Lakonik və konseptual tərzdə yaradılmış əsərlər vasitəsilə O. Hüseynov Qərbdən gələn qlobal dünyagörüşü ilə dini köklərə söykənən ənənəvi düşüncənin harmonik uyğunluğu haqda sual qoyur. Bu qədər süni və ziddiyyətli qarışıqlıq nəticəsində insanların təfəkküründə hansı dəyişikliklərin baş verməsi haqda suala cavab axtarır. (Teymur Daimi, rəssam, fəlsəfə doktoru, sənətşunas).
Sərgi hər gün saat 15:00 – dən 21:00- dək 7 iyun tarixinədək açıqdır.
Giriş sərbəstdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !