Ceyhun Həmzəyevə həsr olunmuş kitabın təqdimatı -

Ceyhun Həmzəyevə həsr olunmuş kitabın təqdimatı

May ayının 7-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Beynəlxalq əlaqələr" şöbəsinin metodisti Ceyhun Vidadi oğlu Həmzəyevin (1985-1912) vaxtsız vəfatının ildönümü tamam olur. Bu münasibətlə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqının təşəbbüsü ilə istedadlı gənc fırça ustasının həyat və yaradıcılığına həsr olunmuş kitab hazırlanıb. Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin yazdığı “Sönmüş ocağın "işiq”ları” adlı bu kitabın (redaktoru Aslan Xəlilov) təqdimatı may ayının 3-də saat 19-da Baku Creative Center-də keçiriləcəkdir.
Mərasim iştirakçılarına həmin kitab hədiyyə olunacaqdır.
Sənətsevərləri həmin tədbirdə iştiraka dəvət edirik.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !