Gənc qiraətçilərin ümumrespublikamüsabiqəsi nin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi. -

“Gənc qiraətçilərin ümumrespublikamüsabiqəsi”nin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi.

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti Yanında QHTDDŞ-nın maliyyə yardımı ilə Azadlıq Hərəkatçıları İctimai Birliyinin keçirdiyi “Gənc qiraətçilərin ümumrespublika müsabiqəsi”nin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi.

 

***

 


“Azadlıq Hərəkatçıları” İctimai Birliyi üzrə
Əmr № 99
Bakı şəhəri 26 aprel 2013-cü il. Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə
dəstəyi ilə “Azadlıq Hərəkatçıları” İB – nin həyata keçirdiyi “Gənc Qiraətçilərin Ümum - respublika Müsabiqəsi” layihəsinin icrası zamanı müsabiqə iştrakçılarının qabiliyyətlərinin
obyektiv qiymətləndirilməsini təmin etmək məqsədilə aşağıdakı tərkibdən ibarət
Münsiflər Heyəti yaradılsın:
1.Nizami Xudiyev – Filologiya Elmləri Doktoru,professor,ADPU-nun kafedra müdiri.
2.Nəriman Həsənzadə - Xalq Şairi.
3.Ofelya Sənani – Xalq Artisti.
4.Şeyx Əbdül Mahmudbəyov – Əməkdar Artist,Dövlət Mükafatı Laureatı.
5.Məleykə Əsədova – Xalq Artisti.
6.Əlfayım Əziz – Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi,dramaturq.
7.Dilarə Vəliyeva – Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü.
8.Nadir Hüseynov – Mədəniyyət və İncəsənət Univrsiteti Bədii Qiraət kafedrasının dosenti.
9.Namiq Məna – Bədiyyə üzrə Respublika Müsabiqəsinin qalibi.

“Azadlıq Hərəkatçıları” İctimai
Birliyinin sədri: T.Y.Novruzov.


***

Gənc Qiraətçilərin Ümumrespublika Müsabiqəsinin açılışına həsr olunmuş Mətbuat Konfransının
G Ü N D Ə L İ Y İ 1.Giriş sözü -- Layihənin rəhbəri, “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov.
2.Müsabiqənin keçirilməsi qaydaları haqqında -- Layihənin əməkdaşı Ruhiyyə Əliyeva.
3.Müsabiqənin Qrafiki ilə tanışlıq.
4.Çıxışlar.
5.Mətbuat Konfransına yekun vurulması.

***

Kütləvi İnformasiya Vasitələri üçün
M Ə L U M A T
Azərbaycan xalqının Ümummilli Lideri, müasir, müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin doğma Azərbaycan dilinə sevgisi və ona qayğıkeş münasibəti hər bir Azərbaycan övladı üçün əsil örnək ola bilər.”Mən həmişə fəxr etmişəm,bu gün də fəxr edirəm ki, mən AZƏRBAYCANLIYAM” məşhur müdrik deyimi ilə xalqina, mənsub olduğu millətə nə qədər böyük məhəbbətlə bağlı olduğunu bir daha ortaya qoyan Ulu Öndər, həm qeyri-adi natiqlik məharəti, həm də Ana dilinə sonsuz sevgisi ilə hər bir azərbaycanlı üçün qürur verici nümunədir.Keçmiş SSRİ rəhbərliyinin milli dillərə qeyri-sivil münasibət bəslədiyi bir zamanda Azərbaycan Respublikasına rəhbərlik edən Ümummilli Liderin, ana dilinin saflığının qorunması və inkişafı yolunda atmış olduğu müdrik addımlar, dilimizin inkişafı tarixinin ən böyük nailiyyətləri hesab edilməlidir.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, bütün sahələrdə olduğu kimi Ana dilinin inkişafi sahəsində də atdığı tarixi addımlar dilimizin inkişafında mıühüm əhəmiyyət kəsb edir. Ölkəyə rəhbərlik etdiyi on illik müddət ərzində Dilimizin inkişafı ilə bağlı iki sərəncam və bir Dövlət Proqramı imzalayan ölkə başçısı, bununla Ana dilinə, onun saflığının qorunmasına, inkişafına, dünya dilləri sırasinda özünə layiqli yer tutmasına nə qədər böyük önəm verdiyini göstərir
Məhz bu baxımdan Azərbaycan Respublikası gənclərinin diqqətini dilin saflığına, onun gözəlliyinə yönəltmək məqsədilə bütün respublikanı əhatə edən ”Gənc Qiraətçilərin Ümumrespublika Müsabiqəsi”nin keçirilməsini məqsədəuyğun hesab etdik və bu məqsədlə hazırladığımız layihəni Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim etdik. Şura problemin mühümlüyünü qəbul edərək layihəni müsbət qiymətləndirdi.Bununla Müsabiqənin keçirilməsi ideyası reallaşmış oldu.
Bu gün keçirilən Mətbuat Konfransı məhz Müsabiqənin açılışına həsr edilmişdir. Mətbuat Konfransında Müsabiqənin keçirilməsində məqsəd, qarşıya qoyulan başlıca vəzifələr, Müsabiqənin şərtləri, keçirilmə qaydaları, eləcə də Qrafik haqqında ictimaiyyətə geniş məlumat verməklə yanaşı, Müsabiqə iştirakçılarının çıxışlarını qiymətləndirmək üçün müəyyən edilmiş münsiflər heyətinin tərkibi də elan edilir.
( Gündəlik, Münsiflər Heyətinin tərkibi və Qrafik Məlumata əlavə olunur )
“Azadlıq Hərəkatçıları”İB-nin
Mətbuat Xidməti

***

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin həyata keçirdiyi Gənc Qiraətçilərin Ümumrespublika Müsabiqəsinin Bakı şəhəri və regionlar üzrə seçim mərhələsinin
Q R A F İ K İ Bakı şəhəri (Bakı,Sumqayit, Şuşa şəhərlərini,Xızı və Abşeron rayonlarını əhatə edir)
01-12, 20-24 May 2013-cü il,saat 11:00 – dan 17:00 – dək “Azərbaycan”
nəşriyyatı, 3 – cü mərtəbə (Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529-cu məhəllə)
Gəncə şəhəri (Gəncə şəhərini,Qazax,Tovuz,Şəmkir,Samux,Göygöl,Goranboy və
Daşkəsən rayonlarını əhatə edir) 15 May 2013-cü il, saat11:00. Gəncə
şəhər Mədəniyyət evi.
Bərdə şəhəri (Bərdə, Yevlax, Ağdaş, Ucar, Zərdab, Ağdam, Ağcəbədi, Tərtər, Kəlbəcər,
Laçın , Xocalı və Beyləqan rayonlarını əhatə edir) 17 May 2013-cü il,
saat 11:00 , Bərdə şəhər Mədəniyyət evi.
Lənkəran şəhəri (Lənkəran şəhərini, Astara, Yardımlı, Lerik, Masallı, Cəlilabad,
Biləsuvar, Füzyli, Zəngila, Qubadlı, Cəbrayıl rayonlarını əhatə edir)
15 May 2013-cü il , saat 11:00, Lənkəran şəhər Mədəniyyət evi.
Sabirabad şəhəri (Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Şirvan, Neftçala, Salyan,
Şamaxı, İsmayıllı, Göyçay və Hacıqabul rayonlarını əhatə edir)
19 May 2013-cü il, saat 11:00, Sabirabad şəhər Mədəniyyət evi.
Şəki şəhəri (Şəki, Mingəçevir şəhərlərini, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ
rayonlarını əhatə edir) 16 May 2013-cü il, saat 11:00, Şəki şəhər
Mədəniyyət evi.
Quba şəhəri (Quba,Qusar,Xaçmaz,Siyəzən və Şabran rayonlarını əhatə edir)
20 may 2013-cü il, saat11:00, Quba şəhər Mədəniyyət evi.
QEYD: Regionlar üzrə əhatə bölgüsü şərtidir. Müsabiqədə iştrak etmək istəyənlər Qrafik üzrə turun keçirildiyi istənilən məkanda müraciət edə bilərlər.

Müsabiqənin Final və Yekun mərhələlərinin
Q R A F İ K İ
1-ci tur: 22 iyun 2013-cü il,saat 11:00, Bakı Məktəbdənkənar Təhsil Mərkəzi
2-ci tur: 20 iyul 2013-cü il,saat 11:00, Bakı Məktəbdənkənar Təhsil Mərkəzi
3-cü tur: 24 avqust 2013-cü il,saat 11:00, Bakı Məktəbdənkənar Təhsil Mərkəzi
Yekun mərhələsi (Qaliblərə Hədiyyə və Diplomların verilməsi, Qaliblərin ifasında hazırlanmış “Vətəni sevməyən insan olmaz...” musiqili, ədəbi-bədii kompozisiyanın nümayiş etdirilməsi): 21 sentyabr 2013-cü il,saat 17:00, Rəşid Behbudov adına Mahnı Teatrının Böyük Zalı.
Əlaqə telefonları: (050) 340 69 01; (070) 240 69 01; (012) 434 30 09:
E-mail: ahb@box.az
Təsdiq edirəm:
Layihənin rəhbəri, “Azadlıq Hərəkatçıları”
İctimai Birliyinin sədri: T.Y.Novruzov
03.04.2013
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !