V.I.P. keçid -

V.I.P. keçid

Aprel ayının 30-da “YARAT” Müasir İncəsənət Məkanı, “Participate Public Art Festival”ın növbəti iştirakçısının işini tamaşaçılara çatdırdı. Yolu qırmızı xalça ilə bəzədilmiş keçid və əlavə digər daxili dekorativ elementlərin köməyi ilə dizayner və rəssam Orxan Məmməd şəhərin mərkəzində olan adi yeraltı keçidi, özünəməxsus “V.İ.P.” yeraltı keçidə çevirəcək. Bununla rəssam şəhər sakinlərinin diqqətini artıq adət halına çevrilmiş bir hala cəmləyir: bəzi piyadalar bilərəkdən keçidlərə fikir verməyib, yolu qadağan olmuş yerdən keçirlər və sürücülərlə bərabər özlərini də təhlükə altına atmış olurlar. Soyuq yeraltı keçid divarlarına piyadaların duya biləcəyi vizual cazibəni və vacibliyi əlavə edəcək. Sanki yeraltı keçiddən istifadə edəcək hər kəs özünü V.İ.P. qonaq saysın və meqopolisin həyatında oynadığı rolu başa düşsün; bu rəssamın istəyidir.
“V.İ.P. keçid” layihəsi “Participate Public Art Festival” çərçivəsində təqdim olunan 4-cü işdir. Yadınıza salaq ki, Azərbaycandan, Rusiyadan, Gürcüstandan, Böyük Britaniyadan, Portuqaliyadan, Hollandiyadan olan 10 rəssam xüsusi olaraq festival üçün öz işlərini hazırlamışlar. Festival “Bank Respublikanın” dəstəyi ilə keçirilir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !