Kiçik yaşlı vokalist Yasin Həsənov bu günlərdə İtaliyada olub. -

Kiçik yaşlı vokalist Yasin Həsənov bu günlərdə İtaliyada olub.

 Kiçik yaşlı vokalist Yasin Həsənov bu günlərdə İtaliyada olub. Artıq 13 yaşı olmasına baxmayaraq tanınan vokalistimiz mətubuat konfransı keçirib İtaliya səfəri barədə jurnalistlərə məlumat verdi. Məlum oldu ki, Yasin Həsənov İtaliyada keçirilən Beynəlxalq SanRemo –Cunior müsabiqəsində iştirak edib. Xatırladaq ki, Azərbaycan ilk dəfə bu möhtərəm Musiqi yarışmasına qatılmasına baxmayraq vətənə qələbə ilə qayıdıb. Yasin İtalida keirilən belə böyük miqyaslı müasbiqənin Qaran-Pri mükafatına layiq görülüb. Müxtəlif nominasialar üzrə keçirilən və təxminən dünyanın 300-ən artıq istedadının qatıldığı müsabiqədə Azərbaycan təmsilçisi Vokalt kateqoriyası üzrə Əsas mükafata-Qaran Priyə layiq görülüb. Yeri gəlmişkən 4 mərhələdən ibarət olan müsabiqədə Yasin ilk çıxışdan sonra bütün münsiflərin birmənalı rəyi ilə finala birbaşa vəsiqə qazanıb. Müsabiqənin əsas təşkilatçılarından sayılan. Münsiflər Heytinin sədri Paolo Alberto Yasinin ifasından çox təəsirləndiyni dilə gətirib. İtalyan musiqiçi bildirib ki, bu günə qədər Azərbaycandan bu müsabiqəyə bir çox namizədlər təqdim edilsə də heç biri Müsabiqədə iştirak etmək şansı əldə edə bilməyiblər. Hətta italyan münsifin sözlərinə görə Azərbaycandan təqim olunan bəzi namizədlər üçün pul, rüşvət də təklif edili ki, San Remo müsabiqəsində iştirak etsinlər. Ancaq müsabiqə o qədər peşəkar münsiflərdən ibarət heyətlə əməkdaşlıq edir ki, yalnız istedadı və səsi olan iştirakçılar bu şansı əldə edə biliblər. Məlumat üçün onu da yqed edək ki, Yasinin Bu müsabiqədə iştirakı Gənclər və İdman Nazirliynin Maddi və mənəvi dəstəyi ilə həyata keçib. Bundan əlavə Yasinin oxuduğu orta məktəbin müəlliməsi də müsabiqəyə qatılmaq üçün Həsənovlar ailəsinə maddi köməyini əsirgəməyib. Mətbuat konfransında Yasinin anası Rəna xanım da iştirak edirdi. O da müsabiqəyə son günə qədər qatılmaq imkanların olmadığını dilə gətirdi: « Maddi imkanımız yetərincə omadığından son günə qədər müsabiqəyə qatılmağımız sual altında ii. Sağ olsunlar Gəncələr və İdman Nazirliyi və Yasinin təhsil aldığı 6 saylı orta məktəbin direktoru Gülşən Orucova ki, bizə dəstək oldular. Onlar maddi köməklik göstərməsəydiər biz bu müsabiqəyə qatıla bilməzdik. Orada da çox çəiinliklərimiz oldu. Ancaq Yasin ifası ilə hamının sevgisini qazana bildi. Hətta Paolo Alberto müsabiqə bitdikdən sonra bizimlə söhbətində Yasinin qeyri adi səsə malik olduğunu dilə gətirdi.»
Mətubat konfransında Yasinin hazırda vokal müəlliməsi olan Solmaz xanım Yolçuqızı da mətbuat konfransında iştirak edirdi. O da tələbəsinin potensialına inandığını, hər zaman üzərində çalışdığını xüsusilə vurğuladı.
Yeri gəlmişkən bir məqamı da xatırladaq ki, Yasinə İtaliya Konservatoriyasının rəhbəri tərəfindən təklif gəlib ki, Azərbaycanlı gəncimiz 4 il orada təhsil alsın. Ancaq Həsənovlar ailəsi hələki bu təklifə maddi imkanları olmadığından razılıq verə bilmirlər. Hər halda düşünürük ki, 13 yaşlı istedadımızın İtaliyada təhsilini reallaşdırmaq üçün imkanlı iş adamlarımız, müəyyən dövlət sturukturları köməkliklərini əsirgəməyəcəklər.
Mətbuat konfransında Yasinin İtaliyadakı «SanRemo» müsabiqəsindən olan video görüntüləri də sonda jurnalistlərə təqdim olundu.
Tahirə

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !