Reklam acgözləri gecəsi -

“Reklam acgözləri gecəsi”

“YARAT!” Müasir İncəsənət Məkanından AzərTAc-a bildirmişlər ki, tamaşaçılar bir neçə saat ərzində nəinki son 100 ilin ən yaxşı reklam çarxlarına baxacaqlar, həmçinin möhtəşəm bir şouda iştirak edəcəklər. Axı, “Acgözlərin gecəsi” həmişə nadir proqrama, formata və atmosferə malik olur.
Keçən əsrin 70-ci illərində fransız sahibkarı Jan-Mari Bursiko tərəfindən yaradılan bu layihə 30 il ərzində bütün dünyada məşhurlaşmış, o cümlədən 2009-2010-cu illərdə İsveçrə, Serbiya, Rumıniya, Madaqaskar, Moldova, Cənubi Afrika Respublikası, Polşa, Livan, Belçika, Meksika, Fransa, İtaliya, İspaniya, Ukrayna, Çexiya, Slovakiya, Azərbaycan, Rusiya, Hollandiya, Monako, Portuqaliya, ABŞ, Bolqarıstan, Yaponiya, Almaniya, Əlcəzair, Konqo, Küveyt, Mərakeş, Honq Konq, Çili və s. ölkələrdə təşkil olunmuşdur.
Keçirilən hər gecənin özəlliyi, onun keçirildiyi ölkədən və təşkilatçıların təşəbbüsündən asılıdır. Müxtəlif illərdə “gecənin” mövzuları sevgi, uşaqlar, kino, idman, avtomobillər, qadınlar və analıq olmuşdur… Dünyada çin, fransız yaxud amerikansayağı, kədərli və yumoristik, siyasi məzmunlu və bəzən çox cəsarətli mövzuya malik “gecələr” olmuşdur. Bir şey dəyişilməz qalır, böyük şirkətlər öz reklam çarxlarını gecənin menyusunda görməyi özlərinə şərəf bilir, tamaşaçılar isə bu cür “kino-qidaya” görə yuxularına haram qatmağa hazır olurlar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !