Abbas Kazımın fərdi sərgisi -

Abbas Kazımın fərdi sərgisi

Abbas Kazımın fərdi sərgisi aprelin 26-dan 30-a qədər Muzey Mərkəzinin İncəsənət Qalereyasında keçirilir. Tədbirin təntənəli açılışı: 26 aprel 2013, 18:00. oldu...Təşkilatçı: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Abbas Kazımov -akademik, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.

***

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Rəssamlar İttifaqı ilə birlikdə tanınmış rəssam, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Abbas Kazımovun "Parlaq dünya" adlı fərdi sərgisini keçirir. Sərginin açılış mərasimi 2013-cü il aprel ayının 26-da, saat 18:00-da Muzey Mərkəzinin sərgi qalereyasında (Ünvan: Neftçilər pr., 123a) olunur.
Abbas Kazımov 1956-cı il yanvarın 1-də Bakıda anadan olmuşdur. Ali rəssamlıq təhsili almış, 1979-cu ildən sərgilərdə iştirak etməyə başlamışdır. Onun əsərləri Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan, Avropa ölkələri, ABŞ və Çində keçirilən sərgilərdə nümayiş etdirilmişdir.
Abbas Kazımov rəngkarlıqda unikal "xalça üslubu"nun yaradıcısı hesab olunur. Bu üslub özündə şərq və klassik incəsənət və mədəniyyət məktəbinin xüsusiyyətlərini birləşdirir. Sərgidə rəssamın 1989-cu ildən 2013-ci ilə qədər çəkdiyi sənət əsərləri (rəngkarlıq və qrafika) nümayiş olunur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !