Fərid Məmmədov Eurovision-2013 müsabiqəsində çıxışının quruluşçu rejissorunun adını bəyan etmişdir -

Fərid Məmmədov “Eurovision-2013” müsabiqəsində çıxışının quruluşçu rejissorunun adını bəyan etmişdir

 “Eurovision-2013” müsabiqəsində Azərbaycanı təmsil edəcək Fərid Məmmədov üçün 7 aprel unudulmaz günə çevrilmişdir.
Fəridin Olimpiadanın vətəni sayılan Yunanıstana səfəri onun üçün bir neçə səbəbdən rəmzi məna daşımışdır. Bu, onun beynəlxalq “Eurovision” gecəsində ilk çıxışı, Yunanıstan televiziyası üçün ilk müsahibələri, habelə Malmyoda öz çıxışının yunan quruluşçu rejissorunun adını bəyan etmək üçün əla imkan demək idi.
İdmanın böyük fanatı olan Fərid demişdir ki, artist üçün “Eurovision” - peşəkar atletlər üçün Olimpiya Oyunlarında iştirak etmək qədər sevindirici və şərəflidir.
Afinada Fəridin günü Alfa TV-də “Mes Tin Kali Hara” populyar səhər şousunda verdiyi müsahibədən başlanmışdır. Fərid Yunanıstana ilk səfərindən, habelə yunan bəstəkarı Dimitris Kontopulosla “Hold me” debüt mahnısı üzərində birgə işindən həvəslə danışmışdır.
Fəridin Alfa TV-dəki çıxışını ifaçının karyerasında mühüm mərhələ hesab etmək olar. Belə ki, kanalın çox böyük auditoriyası vardır. Onu da qeyd etmək lazımdır ki, Fərid son beş ildə “Eurovision” müsabiqəsinin efirə dəvət olunmuş ilk iştirakçısıdır. Hətta Yunanıstan təmsilçiləri də belə imkana malik olmamışlar.
Fəridin Yunanıstanda olduğu ən həyəcanlı məqamlardan biri öz çıxışının quruluşçu rejissoru Fokas Yevangelinosun adını yunan mətbuatına bəyan etmək imkanı olmuşdur.
Fokas “Eurovision” müsabiqəsinin canlı əfsanəsidir, təkcə ona görə yox ki, o, 2005-ci il müsabiqəsinin Yunanıstandan olan qalibi Helena Paparizounun çıxışının quruluşçu rejissoru olmuşdur. O həm də Ani Lorak (2008), Dima Bilan və Sarkis Ruvasla (2009) işləmişdir. Fokas həmçinin Afinada “Eurovision-2006” müsabiqəsinin baş quruluşçu rejissoru olmuş, 2011-ci ildə Olimpiya Oyunlarının açılışı və bağlanışı mərasimlərini hazırlamışdır.
Yunanıstanda Fərid nəinki özünü peşəkar müğənni kimi göstərə bilmiş, həmçinin idmana olan həvəsi onu 1896-cı ildə ilk müasir Olimpiya Oyunlarını qəbul etmiş, hazırda yenilənmiş Panatenayk stadionuna gətirib çıxarmışdır. Stadionda Olimpiya Oyunlarının tarixinə həsr edilən qarşıdakı möhtəşəm şounu məşq edən Fokasla gözlənilməz görüş olmuşdur.
Afinada olarkən Fərid həmçinin Star TV, MAD TV, ERT, ESCKAZ.COM, OIKOTIMES, ANT1 TV və Belarusun BT kanalına müsahibələr vermişdir.
Həmin gün Fərid üçün OIKOTIMES kanalının 12-ci ildönümündə çıxışı ilə başa çatmışdır. Tədbir Afinadakı “Noiz” klubunda “Eurovision” müsabiqəsinin final gecəsi kimi təşkil olunmuşdur.(AzərTAc).

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !