Niderland Krallığında Novruz Bayramı münasibətilə Azərbaycanın milli kulinariya gecəsi təşkil edilmişdir -

Niderland Krallığında Novruz Bayramı münasibətilə Azərbaycanın milli kulinariya gecəsi təşkil edilmişdir

Azərbaycanın Niderland Krallığındakı səfirliyin təşkilatçılığı və “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin dəstəyi ilə Novruz Bayramı münasibətilə Azərbaycanın milli kulinariya gecəsi təşkil edilmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, ziyafətdə qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunmuşdur.
Novruz xonçası ilə bəzədilmiş guşə böyük maraqla qarşılanmış, Azərbaycan milli musiqisi səsləndirilmişdir.
Ziyafətdə Niderland Krallığının Xarici İşlər Nazirliyinin ölkədə fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, Osterveyk və Xorst şəhərlərinin burqomistrləri, Niderlandın Azərbaycan naminə fəal fəaliyyət göstərən iş adamları, “Niderlandın Azərbaycan Dostları” Cəmiyyətinin üzvləri, Azərbaycan diasporunun fəalları iştirak etmişlər.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !