İRƏLİ Hüquq Mərkəzi Avtosfera 2 layihəsinə start verib -

“İRƏLİ” Hüquq Mərkəzi “Avtosfera 2” layihəsinə start verib

AzPRESS xəbər verir ki, “İRƏLİ” Hüquq Mərkəzi ictimaiyyətə özünün “Avtosfera 2” adlı növbəti layihəsini təqdim edib.
“İRƏLİ” Hüquq Mərkəzinin rəhbəri Leyla Yolçiyeva qeyd edib ki, layihənin əsas məqsədi cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltməkdən, vətəndaşlarımızı yol hərəkəti qaydaları ilə peşəkar mütəxəssislər vasitəsilə tanış omasını təmin etməkdən, həmçinin sürücülük vəsiqəsini almaq istəyən şəxslərə dəstək göstərməkdən ibarətdir: “İki ay müddətində keçirilməsi nəzərdə tutulan layihədə 100 nəfərdən çox şəxsin iştirakı planlaşdırılır ki, onların da 45 nəfəri xanımların payına düşür. Layihənin qaydalarına əsasən iştirakçılar 4 qrupa ayrılacaq, hər bir iştirakçı həftədə iki dəfə olmaqla təlimlərə qatılacaq”.
Mərkəz rəhbəri bildirib ki, görüşlərdə Respublika Baş Dövlət Yol Polisinin şöbə müdiri Kamran Əliyevin iştirakı nəzərdə tutulub: “2 aylıq nəzəri hissənin sonunda layihə boyunca fəallıq göstərmiş iştirakçıların praktik sürücülük kurslarına da cəlb olunması təmin ediləcək. Layihənin sonunda hər bir iştirakçıya müvafiq sertifikatlar təqdim olunacaq”.
Qeyd edək ki, layihənin tərəfdaşları qismində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, “Nurgun Motors”, “Avtostop” tele-radio proqramı çıxış edir. Layihədə iştirak etmək istəyən şəxslər “İRƏLİ” İctimai Birliyinin rəsmi saytında (www.ireli.az) yerləşdirilən elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər.
Xatırladaq ki, hal-hazırda “İrəli” Hüquq Mərkəzi “Hüquq Akademiyası 2” layihəsini uğurla davam etdirir və mərkəzin resurslarından istifadə pulsuzdur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !