İRƏLİ Yeni Media Akademiya 2 layihəsini elan edir -

“İRƏLİ” “Yeni Media Akademiya 2” layihəsini elan edir

Daim inkişafda olan ölkəmizdə media sahəsi xüsüsi inkişaf edən və cəmiyyətdə güclü
nüfüza malik sahələrdən biridir. Müasir dövrdə media sahəsi gənclərin marağına səbəb olan
xüsusi sahələrdəndir. İnformasiya mübadiləsi cəmiyyətin bütün fərdləri arasında əsas əlaqə
vasitəsinə çevrilib. Hal-hazırda televiziya, radio, internet olmadan günümüzü təsəvvür etmək
çətindir. Geniş istifadəçi kütləsini əhatə edən bu informasiya daşıyıcıları məlumatın ünvana
çatdırılmasına xidmət etməklə yanaşı, həmçinin işıqlandırılan sahələrin miqyas və maraq
dairəsinin də professional şəkildə genişləndirilməsinə çalışır.

Bu vaxt ərzində “İRƏLİ” İctimai Birliyi bu sahədə üç böyük miqyaslı “Media Akademiya
1”, “Media Akademiya 2” və “Yeni Akademiya” layihələrini reallaşdırıb.

İnformasiya texnologiyalarının müasir zamanda yüksək templə inkişafını, internet
jurnalistikanın (internet radio, TV, bloq və s.) və gənclərin bu sahəyə marağını nəzərə alaraq
“İRƏLİ” İctimai Birliyi “Yeni Media Akademiya 2” layihəsinin başlanmasını elan edir.
Layihə çərçivəsində Xəbərlər - onun əsasları, növləri, məlumat yığımı və yazılması, kamera
qarşısında aparıcı davranışları, televiziya rejissorluğu, köşə yazıları yazmaq bacarığı, ölkədə
və dünyada baş verən hadisələri təhlil etmə, tədqiqat, araşdırmanı necə aparmalı, müsahibənin
aparılması və internet jurnalistika haqda bütün informasiyaya yiyələnəcəklər.

Həmçinin “İRƏLİ” tərkibində fəaliyyət göstərən internet radiosu olan “İRadio”da,
“İRƏLİ Prodakşn”da arzusunda olduqları layihələri gerçəkləşdirmək, video çarxlar, təqdimatlar
hazırlamaq, ölkənin öndə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında təcrübə
keçmək, jurnalistikanın bütün sirlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə
edəcəklər.

6 ay davam edəcək layihənin əsas məqsədi Azərbaycanda media sahəsində peşəkar
gənclərin hazırlanması, medianın perspektivli sahələrində yüksək dünyagörüşlü, savadlı
gəncləri üzə çıxarmaq, onların bu istiqamətdə fəaliyyətini düzgün yönləndirmək, professional
gənc jurnalistlər yetişdirməkdir.

Layihəyə 14-29 yaş arası gənclər, jurnalistika fakültəsinin tələbələri və özünü media
sahəsində görmək istəyən gənclər dəvətlidir.

Layihədə iştirak etmək istəyən gənclər “Yeni Media Akademiya 2” başlığı ilə yazıb Cv-
lərini 04.03.2013-cü il tarixinə qədər ireli@ireli.az elektron ünvanına göndərərək müraciət edə
bilərlər.

Nəzakət Əliyeva

“İRƏLİ” İctimai Birliyinin mətbuat xidməti

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !