ABŞ-ın Azərbaycandakı səfiri Gənclər üçün Təhsil Mərkəzinə səfər edib -

ABŞ-ın Azərbaycandakı səfiri Gənclər üçün Təhsil Mərkəzinə səfər edib

AzPRESS xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Riçard Morninqstar və həyat yoldaşı Feys Morninqstar Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Mingəçevir Regional Ofisində olublar.
Ofisin koordinatoru Tural Kərimov qonaqları Mərkəzin strukturu və yerləşdiyi məkanla tanış edib. Mərkəzin fəalları ilə söhbət aparan səfir R.Morninqstara təşkilatın fəaliyyət istiqamətləri, reallaşdırdığı layihələr barədə ətraflı məlumat verilib. Eyni zamanda, görüşdə müxtəlif sahələrdə birgə həyata keçirilə biləcək layihələrlə və fəaliyyət perspektivləri ilə bağlı müzakirə aparılıb.
Səfir Mingəçevirə ilk dəfə gəldiyini bildirib və səfirliyin Mərkəzlə əməkdaşlığından məmnunluq duyduğunu söyləyib.
Sonda qonaqlarla xatirə şəkilləri çəkdirilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !