İradə Məmmədova: İRƏLİ Tarix Mərkəzi Azərbaycan tarixinin təbliğ edilməsində bir sıra yeni layihələr üzərində çalışır -

İradə Məmmədova: ““İRƏLİ” Tarix Mərkəzi Azərbaycan tarixinin təbliğ edilməsində bir sıra yeni layihələr üzərində çalışır”

“İRƏLİ” Tarix Mərkəzinin rəhbəri İradə Məmmədova mərkəzin fəaliyyətindən söhbət açıb: “İRƏLİ” İctimai Birliyi olaraq Azərbaycan tarixinin öyrənilməsinə və dünya ictimaiyyətinə çatdırılmasına böyük önəm veririk. Bu məqsədlə təşkilatımızda “İRƏLİ” Tarix Mərkəzi fəaliyyət göstərir. Mərkəz 2009–cu ilin yanvar ayında öz fəaliyyətinə başlayıb. Azərbaycan tarixinin istər ölkədə, istərsə də ölkə xaricində təbliği ilə məşğuldur. Bununla bağlı bir sıra layihələr həyata keçirilib”.
Mərkəz rəhbəri qeyd edib ki, informasiya əsrində şəbəkədə Azərbaycan Tarixi haqqında materialların dolğun yayılması və məlumatlandırılması üçün Azərbaycan Tarixi Portalını (history.az) yaratdıq: “Portalda Azərbaycan tarixi haqqında yazılmış kitabların, arxiv sənədlərin, tarixi mənbələrin elektronlaşdırılmış versiyası cəmlənib. Bu portal 3 dildə fəaliyyət göstərir. History.az MDB məkanında ilk tarixi portaldır ki, hansı ki, ölkənin tarixini bütün sahələrdə əks etdirir. Bu günə qədər History.az portalında 415 ədəd kitab, 5 məqalə və 47 sənəd var və ümumi yükləmələrin sayı isə 941.580-dir. Portal fəaliyyətinin 1 ilində Gənclər və İdman Nazirliyi tərəfindən “Beynəlxalq aləmdə Azərbaycan tarixinin təbliğ edilməsi”nə görə fəxri fərmanla və “Azərbaycan” nominasiyası üzrə ilin ən yaxşı saytı olaraq Netty-2010 mükafatına layiq görülüb”.
Mərkəz rəhbəri həmçinin “Tarix klubu” layihəsi haqda danışıb: “Layihənin əsas məqsədi gəncləri və tələbələri Azərbaycan tarixi ilə bağlı maraqlandıran mövzuda ekspert tarixçilərlə diskussiyalar aparmaq, onları düşündürən suallara cavab tapmaqdır”.
Tarix Mərkəzi tərəfindən keçirilən ənənəvi “Arxeoloji düşərgə” layihəsindən söz açan İradə Məmmədova bildirib ki, “Arxeoloji düşərgə” layihəsinin əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində aparılan arxeoloji qazıntılarda gənclərin iştirak etməsi və əyani olaraq qədim tariximizin zənginliyi ilə onları tanış etməkdir: “Belə arxeoloji düşərgələr tələbələrin yay tətili zamanı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyi ilə Ordubad, Goranboy, Ağcəbədi, Qəbələ, Şəmkir, Gəncə və Ağsuda həyata keçirilib. Eyni zamanda tələbələri Azərbaycanın müxtəlif tarixi abidələri ilə tanış etmək üçün ekskursiyalar təşkil edilir. Belə ekskursiyalar Qobustan, Qala, Atəşgah, Nardaran qalası, Ağsu, Salyan və Şəki şəhərinə olub”.
İradə Məmmədova qeyd edib ki, “İRƏLİ” Tarix Mərkəzi olaraq təkcə ölkə daxilində deyil, həmçinin ölkə xaricində həyata keçirilən bir sıra beynəlxalq konfranslarda və arxeoloji düşərgələrdə iştirak edərək, ölkəmizi laiqincə təmsil edirik. Tarix Mərkəzi Azərbaycan tarixinin təbliğ edilməsində bir sıra yeni layihələr üzərində çalışır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !