AFB-nin növbəti yığıncağında əməkdar rəssam T.Məmmədovun "Bədii fotoqrafiya"adlı kitabına ciddi münasibət bildirilmişdir. -

AFB-nin növbəti yığıncağında əməkdar rəssam T.Məmmədovun "Bədii fotoqrafiya"adlı kitabına ciddi münasibət bildirilmişdir.

AFB-nin növbəti yığıncağında əməkdar rəssam T.Məmmədovun “Bədii fotoqrafiya”adlı kitabına ciddi münasibət bildirilmişdir
Azərbaycan Fotoqraflar Birliyinin hər ayın axırıncı bazar günü yığıncaqı keçirilir.Növbəti yığıncaq aprelin 29-da ATGTİ-nin qərargahındakı konfrans otağında keçirilmişdir.İlk öncə,Azərbaycan foto sənətinin qocaman nümayəndələri,dünyalarını dəyişmiş Faiq Rəcəblinin və Əjdər Nağıyevin həyat və yaradıcılığından söz açılmış,əziz xatirələri yad edilmişdir.AFB həmişə olduğu kimi,yenə də, son vaxtlar ölkəmizdə fotoqrafiya sənətinin vəziyyəti, gənc fotoqrafların bu sahədə uğurları və digər məsələlərə öz münasibətini bildirmişdir. Yığıncaqda əməkdar rəssam,Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Tahir Məmmədovun “Bədii fotoqrafiya” kitabı ətraflı müzakirə obyektinə çevrilmişdir.Kitabın müəllifi dəvət olunsa da,məlum olmayan səbəblərdən o, yığıncaqda iştirak etməmişdir.Qeyd edilmişdir ki, ən əvvəl,kitab azərbaycan dilinin qrammatik qanunauyğunluğuna uyuşmayan bir dildə yazılmışdır. Cümlələrdə fikir bütövlüyü,bitkinlik hiss edilmir.Foto işi ilə bağlı olan sözlər,terminlər oxucuya bərbad vəziyyətə salınaraq çatdırılır.Bunun üçün elə təkcə 30 və 31-ci səhifələrə baxmaq kifayət edər,burada “ribucaqlı obyektivlər” terminin ardınca “iri bucaqlı obyektivlər” yazılsa da yenə yanlışdır.Yaxud “zatvor düyməsi” ifadəsi də eyni ilə. Azərbaycanda fotoqraflar uzun illər boyudur ki, foto işi ilə bağlı olan lüğətlərdə qəbul olunmuş “çaxmaq düyməsi” ifadəsini işlədirlər.Bütün fotoqraflara yaxşı bəllidir ki, fotolentin həssaslığı olur,kitabda göstərildiyi kimi hissiyyatı yox.Orfoqrafik səhvlər bir kənara,foto sənəti,fotoqrafiya ilə bağlı bu və ya digər yolverilməz elmi xətalarla çox “zəngin” olan bu “dərslik” görəsən kimin üçün faydalı ola bilər.Kitabda isə belə xətaların sayı nə az,nə çox,təxminən iki yüzə qədər çatır.Qırxdan çox texniki metodun izahının verildiyi,əslində isə, fotoqrafiyanın tədrisindən,texnikasından heç bir xəbər vermədiyi halda onun dərs vəsaiti kimi nəzərdə tutulması da təəccüb doğurur. Müasir dünyamızda fotoqrafiya sahəsində çox cürətli addımlar atıldığı,böyük nailiyyətlər qazanıldığı bir zamanda “Bədii fotoqrafiya” adlandırılan bir kitabda informasiyaların köhnəliyi adamda ancaq təəssüf hissi doğurur. Müxtəlif mənbələrdən istifadə olunsa da,sözlərin,ifadələrin müəyyən bir qismi anlaşılmazdır,məna və mahiyyəti düzgün izah edilmir.Foto işinin metodikasının tədrisi baxımından götürüldükdə isə kitab tam yararsızdır. “Bədii fotoqrafiya” kitabı 2008-ci ildə Təhsil Nazirliyinin əmrinə əsasən buraxılmışdır.Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurası İncəsənət Bölməsinin 30.11.2008-ci il tarixli iclasının qərarı ilə (7 nömrəli protokol) təsdiq olunmuşdur.Kitab foto sənətini öyrənənlərə kömək,eyni zamanda orta və ali tədris müəssisələrinin tələbələri üçün dərs vəsaiti kimi nəzərdə tutulmuşdur.”Bədii fotoqrafiya” kitabının redaktoru xalçaçılıq üzrə sənətşünaslıq doktoru,professor Kübra Əliyeva,rəyçilər xalq rəssamı,professor Oqtay Şıxəliyev,xalq rəssamı,professor Mais Ağabəyov və əməkdar incəsənət xadimi,sənətşünaslıq namizədi mərhum Leyla xanım Axundzadədir. Məsləhətçi xalq rəssamı,professor Cəlil Hüseynov,korrektorlar sənətşünaslar Aytən Muradlı,Nailə İsmayılovadır.Kitab mötəbər bir heyətdə işıq üzü görsə də,onlardan yalnız bir nümayəndə,2010-cu ildə dünyasını dəyişmiş Leyla xanım Axundzadənin fəaliyyəti bilavasitə foto işi ilə bağlı olmuşdur.Foto sənətinin incəliklərinə dərindən bələd olmaq,onun tədris olunma metodikasına yiyələnmək üçün dünya fotoqrafiyasının bu sahədəki çoxillik təcrübəsi ümumiləşdirilərək konkret nəticələr çıxarılıb oxucuya çatdırılmalı,ya da çox uzun müddət ömrünü bu sənətə həsr etmiş,bu sahədə təcrübə və uğurları cəmiyyətimizdə qəbul edilmiş birisinin praktikasından istifadə edilməsi daha çox faydalı ola bilərdi.Fotoqrafiya haqqında ana dilində yazılmış ilk kitab olsa da,kitabda bir çox səhvlərə yol verilmişdir.”Bədii fotoqrafiya” kitabının harada çap olunması da müəmmalıdır.Kitabın giriş hissəsində Türkiyənin adı çəkildiyi halda,sonunda “Şərq-Qərb” mətbəəsinin adı qeyd olunmuşdur.AFB-nin sədri M.Həsənoğlu,tanınmış fotoqraflardan Fərid Məmmədov,S.Rasim,Ramiz Tarıverdiyev,Elmar Mustafazadə,Rauf Umud və başqaları kitab barədə öz fikirlərini bildirmişlər.AFB yığıncağında qərar qəbul edilmişdir.Qərarda göstərilmişdir ki,qeyd olunan ciddi nöqsanlarına görə “Bədii fotoqrafiya” kitabının dərs vəsaiti kimi istifadə olunması məqsədəuyğun hesab edilə bilməz.

"guya dərslik" kimi nəzərdə tutulmuş bu kitabla bağlı Təhsil Naziriliyinin rəsmi cavabı :


Sevinc Rzaqızı

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !