Akademik Milli Dram Teatrının aktyorları 29 saylı məktəbdə olub -

Akademik Milli Dram Teatrının aktyorları 29 saylı məktəbdə olub

Akademik Milli Dram Teatrı yaradıcılıq fəaliyəti ilə yanaşı mütəmadi olaraq, ictimai tədbirlərdə, xeyriyyə aksiyalarında, görüşlərdə iştirak edir. Artıq şəhərin müxtəlif orta, orta ixtisas və ali təhsil müəssisələrində görüşlərin keçirilməsi Akademik Milli Dram Teatrında müsbət ənənə halını alıb. Bu dəfə teatrın kollektivi Xətai rayonunda yerləşən Məhəmməd Əsədov adına 29 saylı orta ümumtəhsil məktəbində olub. Akademik Milli Dram Teatrının aktyorları Xalq Artisti Nurəddin Mehdixanlı, Əməkdar Artist Elxan Quliyev və aktrisa Şəhla Əliqızı 29 saylı məktəbdə keçirilən Azərbaycan tarixinə həsr olunmuş tədbirdə iştirak edib.
Tədbirdə məktəblilər Azərbaycan tarixini əks etdirən, milli vətənpərvərlik ruhunda hazırlanmış səhnəcik göstəriblər, sonra çıxış edənlər zəngin və şərəfli tariximizdən danışıb, xalqımızın mübarizələrlə, qəhrəmanlıqla dolu keçmişinə nəzər salıb.
Tədbirdə çıxış edən Xalq Artisti Nurəddin Mehdixanlı Azərbaycan tarixinin ən mühüm məqamlarından olan Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasından və fəaliyyətindən, dövlətçilik ənənələrinin, azadlıq ideyalarının formalaşmasından danışıb. Nurəddin Mehdixanlı tarixi keçmişimizə ekskurs edərək, müasir dövrümüzdə baş verən tarixi hadisələrdən, müstəqil Azərbaycanın inkişaf tarixindən, beynəlxalq arenada nüfuz qazanmasından söz açıb. Xalq Artisti milli mədəniyyət tariximiz haqqında da geniş məlumat verib və məktəbliləri tariximizi, mədəniyyətimizi öyrənməyə, xalqın milli-mənəvi dəyərlərinin keşiyində durmağa çağırıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !