Akademik Milli Dram Teatrının yeni veb-saytı təqdim olunub -

Akademik Milli Dram Teatrının yeni veb-saytı təqdim olunub

 

17 dekabr saat 16.00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni veb-saytı – azdrama.az istifadəçilərə təqdim olunub. Tədbirdə müxtəlif teatrların əməkdaşları, teatr mütəxəssisləri və jurnalistlər iştirak edib.
Teatrın saytı 2007-ci ilin iyun ayından etibarən fəaliyyət göstərirdi. Amma onun dizaynı və məzmunu qənaətbəxş səviyyədə olmadığından yeni veb-saytın yaradılması zərurəti yarandı. Yeni sayt həm dizaynı, həm keyfiyyəti, həm də yerləşdirilən materialların həcmi və operativliyi baxımından əvvəlkindən köklü surətdə fərqlənəcək. Yeni təqdimatda, yeni dizaynda istifadəçilərin ixtiyarına verilən veb-sayt saytın strukturu, məzmunu, və keyfiyyəti prinsipial şəkildə dəyişdirilib.
Yüksək peşəkarlıqla hazırlanmış saytda Akademik Milli Dram Teatrının yaranma və inkişaf tarixi, inzibati və yaradıcı kollektivi, cari repertuarı haqqında geniş informasiya yerləşdirilib. Saytda həmçinin video və foto albom, kollektivin iştirak etdiyi festivallar və qastrol səfərləri haqqında ətraflı məlumatlar da yerləşdirilib.
Təqdimatda teatrın direktoru İsrafil İsrafilov və truppa müdiri Elnur Məmmədov çıxış edib. Saytın müxtəlif bölmələri qonaqlara təqdim olunub, müxtəlif təkliflər səslənib. Teatrın direktoru İsrafil İsrafilov vurğulayıb ki, teatrın saytı daim yenilənəcək, təkmilləşdiriləcək və meydana çıxan problemlər aradan qaldırılacaq.

 

Elçin CƏFƏROV
Akademik Milli Dram Teatrının
Mətbuat katibi

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !