İRƏLİ ilə Azərbaycan Fotoqrafları İctimai Birliyi əməkdaşlıq memorandumu imzalayıb -

“İRƏLİ” ilə “Azərbaycan Fotoqrafları” İctimai Birliyi əməkdaşlıq memorandumu imzalayıb

“İRƏLİ” İctimai Birliyi və “Azərbaycan Fotoqrafları” İctimai Birliyi gənclər arasında fotoqrafiya sənətinin inkişafı, əldə edilən nailliyyətlərin qorunub saxlanması, ölkə daxilində və xaricdə təbliği sahəsində memorandum imzalayıb.
Memorandum “İRƏLİ” Gənclik Mərkəzində “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev və “Azərbaycan Fotoqrafları” İctimai Birliyinin sədri Mirnaib Həsənoğlu tərəfindən imzalanıb.
Əməkdaşlıq çərçivəsində hər iki tərəf arasında birgə layihələrin, görüşlərin, tədbirlərin təşkili, təcrübə üçün təlim və seminarların keçirilməsi, fotoqrafiya sənətinin daha yaxşı inkişafı üçün informasiya mübadiləsi və bu əsasla gələcəkdə müxtəlif təşəbbüslərin işlənilməsi, eyni zamanda əhali arasında fotoqrafiya sənətinin inkişaf etdirilməsi, təbliği barədə maarifləndirmə tədbirlərin, sosial aksiyaların keçirilməsi nəzərdə tutulub.

 


Nəzakət Əliyeva
“İRƏLİ” İctimai Birliyinin mətbuat xidməti
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !