“Dulusçu” tamaşası -

“Dulusçu” tamaşası

Dövlət Pantomim Teatrın səhnəsində görkəmli bəstəkarımız Üzeyir Hacıbəyovun “Biz nə töyür iş görürük” felyetonu əsasında hazırlanmış “Dulusçu” tamaşası qoyulacaqdır. Tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elman Rəfiyevdir. Rolları Elman Rəfiyev, Bəhruz Əhmədli, Nargilə Qəribova, Əli Əlizadə və başqaları ifa edəcəklər. “Dulusçu” 2002-ci ildə dövlət sifarişi ilə səhnələşdirilmişdir və artıq 8 ildir Pantomima Teatrının repertuarında əsas yerlərdən birini tutur.