Junior Achievement Azərbaycan təşkilatı Bakı Dövlət Universitetində Gənclərin Biznes Liderlik Layihəsi üzrə təqdimat keçirdi -

Junior Achievement Azərbaycan təşkilatı Bakı Dövlət Universitetində “Gənclərin Biznes Liderlik Layihəsi” üzrə təqdimat keçirdi

20 noyabr 2012-ci tarixində, Bakı Dövlət Universitetində Junior Achievement Azərbaycan təşkilatı “Gənclərin Biznes Liderlik Layihəsi”nin başlanmasına dair təqdimat keçirdi. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və BP Eksploreyşn (Kaspian Si) Ltd. tərəfindən maliyyələşdirilən və icrası 2012-2014-ci illər üçün nəzərdə tutulmuş “Gənclərin Biznes Liderlik Layihəsi” gənclərin işə hazırlıq və biznes bacarıqlarını inkişaf etdirmək məqsədilə həyata keçirilir. İştirakçı tələbələr üçün iş təcrübəsi imkanlarının müəyyən edilməsinə ABŞ-ın Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi (AmCham) dəstək olacaqdır.
“Gənclərin Biznes Liderlik Layihəsi” Bakı və Gəncə şəhərlərində biznesdə və karyerada uğur qazanmaq istəyən 3-cü və 4-cü kurs ali məktəb tələbələrini əhatə edəcəkdir. Layihə çərçivəsində tələbələr təhsilin dəyərini tədqiq edəcək, ali məktəbdə öyrəndikləri biliklərin həqiqi iş mühitində tətbiqini, eləcə də təhsildə və karyerada daha da uğurlu olmaq üçün zəruri bilik və bacarıqları öyrənəcəklər.
İştirakçılara mentorların köməyi ilə həqiqi iş yerində çalışmaq və şəxsi bacarıqları inkişaf etdirmək imkanı yaradaraq, “Gənclərin Biznes Liderlik Layihəsi” 120 ali məktəb tələbəsinə gələcək karyeraya daha hazırlı olmasına yardım edəcəkdir.
Təqdimatda Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və iqtisadiyyat”, “Tarix – Amerikaşünaslıq”, “Sosial elmləri və psixologiya” və “Tətbiqi riyaziyyat və kibernetika” fakültələrindən 100-dən artıq tələbə iştirak etdi. Təqdimatı açıq elan edən Junior Achievement Azərbaycan təşkilatının Proqramlar Meneceri Seymur Hacıyev yeni layihə haqqında ətraflı məlumat verib, layihənin əsas mərhələlərinə və gözlənilən nəticələrə toxundu. Təqdimatda Bakı Dövlət Universitetinin beynəlxalq proqramlar üzrə mütəxəssisi xanım Elmira İsmayılova da iştirak etdi.
Təqdimat başa çatdıqdan sonra Junior Achievement Azərbaycan təşkilatı layihəyə iştirakçıların seçimi ilə bağlı test imtahanı keçirdi.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !