Sumqayıtda Respublikanın Əməkdar Rəssamı Mübariz Əliyevin 70 illik yubley gecəsi keçirildi. -

Sumqayıtda Respublikanın Əməkdar Rəssamı Mübariz Əliyevin 70 illik yubley gecəsi keçirildi.

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında əməkdar rəssam Mübariz Gəncəlinin 70 illik yubileyinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov, “Olaylar” İnformasiya agentliyinin baş direktoru Yunus Oğuz, mədəniyyət işçiləri və şəhər ictimayyəti iştirak edirdi. Əvvəlcə tədbirdə yubilyarın həyat və yaradıcılığından bəhs edən video çarx nümayiş olundu. Sumqayıt Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Ceyran Axundova çıxış edərək yubilyarın fəaliyyətindən danışdı. Yubilyarı əməkdaşı olduğu idarənin adından təbrik edərək ona diplom təqdim etdi. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi Mehman Şükürov isə çıxışında əməkdar rəssamın teatrdakı xidmətlərindən bəhs etdi. Mehman Şükürov yubiyarın Mədəniyyət və Turizm Nazirliyinin diplomla təltif etdiyini bildirərək diplomu ona təqdim etdi. Bildirdi ki, M. Gəncəlinin ömrünün 35 ili rəhbərlik etdiyi teatrla bağlıdır və burada teatrın quruluşçu rəssamı vəzifəsində çalışıb. O, bildirdi ki, M.Əliyevin yaradıcılığı Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib və fəxri ada layiq görülüb , “Tərəqqi” medalı ilə təltif olunub.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov, “Olaylar” İnformasiya agentliyinin baş direktoru Yunus Oğuz, Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, əməkdar artist Firidun Məhərrəmli də çıxışlarında yubilyarı təbrik etdilər və gələcək fəaliyyətində uğurlar arzuladılar.

Konsert proqramı ilə davam edən yubiley tədbirin sonunda söz alan Əməkdar rəssam Mübariz Gəncəli tədbirin yüksək səviyyədə təşkilində xidmət olanlara öz təşəkkürünü bildirdi və bundan sonra da yeni əsərlər yaradacağını sözlərinə əlavə etdi.


Sumqayıt Dövlət Musiqili Dram Teatrı
Kamal Almuradlı
 

***

 

Sumqayıtda Respublikanın Əməkdar Rəssamı Mübariz Əliyevin 70 illik yubley gecəsi keçirildi. M.Əliyevin səhnə tərtibatı verdiyi "Bütün şərq bilsin" N.Həsənzadə mənzum dramının tamaşası Moskvada keçirilən Ümumittifaq festivalının diplomuna layiq görülüb."Şah İsmayıl" F.Kərimzadə əsərinin tamaşası Respublika "Qızıl Dərviş", " Yanmış evin nağılı" A.Həsənoğlu isə O.Mirzəyev adına respublika mükafatı laureatı adına layiq görülüb.
M.Əliyevin "Lənkaran xanının vəziri" M.F.Axundov komediyası üçün işlədiyi səhnə eskizləri Moskva şəhərində yerləşən Baxruşin adına Teatr muzeyinin "Şərq" bölməsində saxlanılır. M.Əliyev 20 dəfə Respublika, 8 dəfə isə Ümumittifaq sərgilərdə öz rəsmləri ilə iştirak etmişdir.Kiyev şəhərində keçirilən "Çiçəklən,Azərbaycan!" sərgisində M Əliyevin yaradıcılığı yüksək qiymətləndirilmişdir.
M Əliyev həm də portret ustasıdır.Onun dahi şəxsiyyət, ulu öndərimiz H.Əliyevin, Turqut Ozalın,
Ç Aytmatovun, S.Rüstəmin, B.Vahabzadənin, Bülbülün, R.Behrudinin və bir çox tanınmış şəxsiyyətlərin portretlərində zahiri təsvirin dəqiqliyi ilə yanaşı M. Əliyevin daxili aləmi, tükənməz enerjisi də öz əksini tapmışdır.
Mübariz Əliyev 1990-cı ildə Respublikanın Əməkdar rəssamı fəxri adına layiq görülüb.
2008-ci ildə Möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən " Tərəqqi" medalına layiq görülmüşdür.
Fotolar
Xaqani Əzizovundur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !