Akademik Milli Dram Teatrında hazırlanmış Kuraj və uşaqları tamaşası haqqında informasiy -

Akademik Milli Dram Teatrında hazırlanmış “Kuraj və uşaqları” tamaşası haqqında informasiy

14 noyabr tarixində Akademik Milli Dram Teatrında Bertolt Brextin əsəri əsasında hazırlanmış “Kuraj və uşaqları” tamaşasının premyerası keçiriləcək. Dünya teatr tarixində epik teatr nəzəriyyənin banisi kimi tanınan B.Brextin məşhur əsərinə Akademik Milli Dram Teatrının səhnəsində Xalq Artisti, “Qızıl dərviş” mükafatı laureatı Rafiq Əliyev quruluş verib. Yazıçı-tərcüməçi Yaşarın dilimizə çevirdiyi pyesin səhnə redaksiyasının müəllifi Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı Ramiz Fətəliyevdir. Tamaşanın quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, bəstəkarı Əməkdar İncəsənət Xadimi Aydın Əzimov, mahnı mətnlərinin müəllifi Mahir Qarayevdir. Səhnə əsərində əsas obraz olan - Kuraj rolunu Xalq Artisti Bəsti Cəfərova ifa edir. Digər rollarda Əməkdar Artistlər Pərviz Bağırov (Feldfebel), Abbas Qəhrəmanov (Aşbaz), Kazım Həsənquliyev (Komandan, Qoca polkovnik), Elşən Rüstəmov (Alay keşişi), Sevinc Əliyeva (Kəndli qadın, kənd sakini), aktyorlar İlahə Həsənova (Katrin), Mətləb Abdullayev (Eylif), Vüsal Mustafayev (İsveçrəli), Elnar Qarayev (Gizir, Mirzə) Rəşad Bəxtiyarov (İntendant, Kəndli), Şəhla Əliqızı (İvetta Rotye), Əlvida Cəfərov (II Feldfebel, Əsgər), Elnur Qədirov (Gənc kəndli), Ramin Şıxəliyev (Sarıqlı adam, Əsgər), Əlləz Əhmədov, Şəmsəddin Quliyev, Amil Babayev (Əsgərlər) çıxış edirlər. 
Tamaşanın xronometrajı 150 (80+70) dəqiqədir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !