Şəmkirdə üzgüçülük üzrə açıq Azərbaycan kuboku yarışları keçirilmişdir -

Şəmkirdə üzgüçülük üzrə açıq Azərbaycan kuboku yarışları keçirilmişdir

Şəmkir Olimpiya İdman Kompleksində üzgüçülük üzrə açıq Azərbaycan kuboku yarışları keçirilmişdir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yarışda Bakı şəhəri üzrə “Təhsil” Respublika İdman Mərkəzi, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Mərkəzi Ordu İdman Klubu, “Sərhədçi” Olimpiya İdman Mərkəzi, “Neftçi” İdman Sağlamlıq Mərkəzi, “Hövsan” Olimpiya İdman Kompleksi, Xətai Rayon Uşaq-Gənclər İdman Məktəbi və “Start” İdman klubunun idmançıları, Naxçıvan, Sumqayıt, Gəncə şəhərlərinin komandaları, həmçinin Gürcüstanın bir komandası iştirak etmişdir.
Ümumilikdə turnirdə 42 kişi və 26 qadın idmançı qələbə uğrunda mübarizə aparmışdır.
Kişilərin mübarizəsində sərbəst üsulla yarışlarda Zaur Arkaniya, brass üzrə Luka Kervalaşvili (Gürcüstan), batterflay üzrə Teymur Quliyev, arxası üstə yarışlarda isə Boris Kirilov qızıl medal qazanmışlar.
Qadınların yarışında isə Cəmilə Əhmədova (sərbəst üsul), Maryam Zubiaşvili (brass, Gürcüstan), Əfsanə İsmayılova (batterflay) və Yuliya Stisyuk (arxası üstə) fəxri kürsünün əm yüksək pilləsinə qalxmışlar. 

 

AzerTAC

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !