Türk Dünyası jurnalistləri Fəxri xiyabanı,Xəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər -

Türk Dünyası jurnalistləri Fəxri xiyabanı,Xəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər

 Ziyarət millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalının müşayiəti ilə baş tutub.
Qonaqlar həmçinin Azərbaycanın Fəxri Xiyabanda olan digər görkəmli ziyalılarını, dövlət adamlarının məzarlarını ziyarət ediblər.
Daha sonra onlar Şəhidlər xiyabanına gediblər. Qənirə Paşayeva və Əkbər Qoşalı qonaqlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törətdiyi soyqırımlar barədə geniş məlumat veriblər.

Qonaqlar Şəhidlər xiyabanında həmçinin şəhid jurnalistlər Milli Qəhrəman, telejurnalist Çingiz Mustafayevin, Salatın Əsgərovanın və Alı Mustafayevin də məzarlarını ziyarət ediblər.

Millət vəkili qonaqlara onlarla bağlı ətraflı məlumat verib.

Daha sonra türk jurnalistləri Bakı Türk Şəhidliyini də ziyarət ediblər.

Q.Paşayeva və Ə.Qoşalı qonaqlara 20-ci əsrin müsəlman Şərqində ilk parlamentli respublika olan Demokratik Respublikanın məhz Azərbaycanda qurulduğunu və 1918-ci hadisələri zamanı Qafqaz İslam Ordusunun Bakının erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumat veriblər. Onlar Bakı Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı olduğunu bildiriblər.

Qeyd edək ki, qonaqlar Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq üçün respublikamızın bölgələrinə (Tovuz, Ağdam (Quzanlı), Tərtər, Quba) də səfər edərək yerli ictimaiyyət nümayəndələri ilə də görüşlər keçirəcəklər.
Fotomüxbir:Ceyhun Vəliyev(AzPRESS.az)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !