Azərbaycan İnternet İdarəçiliyi Forumu Milli Konfrans -

Azərbaycan İnternet İdarəçiliyi Forumu Milli Konfrans

Azərbaycan İnternet Forumu 31 oktyabr Park INN otelində Azərbaycan İnternet İdarəçiliyi Forumu mövzusunda Milli Konfrans keçirilmişdir.
USAID və IREX Azərbaycanın dəstəyi ilə baş tutan konfransın məqsədi 6-9 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək beynəlxalq Internet Governance Forum (İnternet İdarəçiliyi Forumu) ərəfəsində milli İnternet infrastrukturun vəziyyəti ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır.

Konfransda milli İnternet infrastrukturunda son dövrlərdə əldə olunan uğurlar və problemlər ətrafında müzakirələr aparılıb. Panel sessiya və müzakirələrdə dövlət, özəl qurumlarından və vətəndaş cəmiyyəti təşkilatlarından ekspertlər iştirak etmiş və müxtəlif mövzularla bağlı çıxışlar etmişlər.

Konfransda AİF, RİTN, IREX, Microsoft Azərbaycan, Milli Məclisdən ekspertlər müxtəlif sessiyalarda təqdimatlar ediblər.
İREX-Azərbaycanın rəhbəri Angela Nicoara bu qurum tərəfindən həya keçirilən proqramlarla bağlı, RİTN şöbə müdiri İsfəndiyar Əliyev Azərbaycan İnternetində yeni layihələr və kontent məsələsi ilə bağlı, AİF prezidenti Osman Gündüz onlayn şəffaflıq, açıq hökumət təşəbbüsləri və elektron hökumət quruculuğu və İnternetə giriş imkanları haqqında, AİF üzvü Vahid Qasımov Milli domen zonasının genişləndirilməsi yolları, İREX-dən Fuad Salmanov Azərbaycan Yeni media Layihəsi, IREX Kənd yerlərində internetə çıxış imkanları və perspektivləri mövzularında çıxışlar etmişlər.

Microsoft Azərbaycan qurumundan Emin Axundov, RİTN şöbə müdiri Bəxtiyar Məmmədov, Milli Məclisin sektor müdiri Rəşad Əzizov, AİF üzvləri Rəşad Əliyev və İlqar Mirzə, İREX –n proqram rəhbəri və AİF üzvü Ələsgər Məmmədli müvafiq olaraq informasiya təhlükəsizliyi, uşaqların internetdə təhlükəsizliyi, sosial media və biznes, kibercinayətkarlıq mövzularında təqdimatlarla çıxış etmişlər.

Çıxışlarda Create şirkətinin rəhbəri Ayaz Quliyev, AİF üzvü–weboxu.com rəhbəri Şaiq Muradov, Milli Məclisin əməkdaşı Yaşar Əməşov, Media Hüququ İnstitutun rəhbəri Rəşid Hacılı, BTRİB –in direktor müavini Xankişi Kişiyev, Media Forum saytının baş redaktoru İsmayıl İsmayılov, Təhsil Nazirliyinin əməkdaşı Akif Əliyev, İNTRANS şirkətinin direktoru Faiq Fərmanov və digərləri çıxış ediblər. Çıxışlarda Azərbaycan İnternetindəki mövcud vəziyyət, uğurlar və problemlər , bu problemləri yaradan səbəblər və onların aradan qaldırılması istiqamətində təkliflər və rəylər səsləndirilib.

Yekun olaraq RİTN-nin şöbə müdiri İsfəndiyar Əliyev, İREX-dən Angela Nicoara və AİF –in prezidenti Osman Gündüz çıxış edərək müzakirə edilən mövzularla bağlı münasibətlərini bildiriblər
Çıxışlarda tədbirin faydalı və əhəmiyyətli olması, dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın güclənməsi istiqamətində təkan olacağı vurğulanıb. Həmçinin bu Konfransın qarşıdan gələn Beynəlxalq İnternet İdarəçiliyi Forumuna cəmiyyətin diqqətinin artırılması sahəsində müsbət rolu qeyd olunub. Tədbirdə AİF tərəfindən hər il bütün maraqlı tərəflərin iştirakı ilə belə bir Forumun keçiriləcəyi vurğulanıb.
Xatırladaq ki, AİF bir müddət öncə beynəlxalq IGF tədbiri ilə bağlı ölkənin bütün maraqlı tərəfləri üçün müraciət qəbul etmişdir.

AİF

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !