Dünya Enerji Forumu işini başa çatdırmışdır -

Dünya Enerji Forumu işini başa çatdırmışdır

Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən “Dünya Enerji Forumu 2012” adlı beynəlxalq tədbir öz işini başa çatdırmışdır.

 


AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Sənaye və Energetika naziri Natiq Əliyevin də iştirak etdiyi Forumda Birləşmiş Millətlər Təşkilatının və Ərəb Liqasının təmsilçilərinin nitqləri dinlənilmiş, dünyanın enerji problemləri müzakirə edilmiş və Forumun yekununda Bəyannamə imzalanmışdır.
Dünya Enerji Forumunun sədri Harold Hyun-Suk Oh çıxışında Forumun təşkilində göstərilən dəstəyə görə təşəkkürünü bildirərək, bu tarixi toplantıda dünya ölkələrinin təmsilçilərinin iştirakının qarşılıqlı müzakirəyə səbəb olduğunu vurğulamış və bunu gələcəkdə daha səmərəli enerjinin əldə edilməsinə doğru bir çağırış kimi qiymətləndirmişdir.
Tədbirin dəyirmi masa ətrafında davam edən sessiyalarında enerji ehtiyatları, xüsusilə neftin, təbii qazın, kömürün qlobal iqtisadiyyatda vacib rolundan və bu istiqamətdə dövlətlərin qarşısında duran məsələlərdən, hökumətlərin bu sahəyə dəstəyinə dair nazirlər arasında geniş müstəvidə danışıqlar aparılmışdır.
Forumun işində dünyanın 100 yaxın dövlətinin rəsmi nümayəndələri iştirak etmişlər.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !