67 il Sizin xidmətinizdə -

“67 il Sizin xidmətinizdə”

Gənclər üçün Təhsil Mərkəzi BMT-nin yaradılmasının 67-ci ildönümü münasibətilə başladığı silsilə tədbirləri başa çatdırır.
Bu gün Mingəçevir şəhərində keçirilən sonuncu tədbirdə şəhərin gəncləri ilə birgə bu nüfuzlu qurumun 67 il müddətində keçdiyi yola nəzər yetirilmişdir.
BMT-nin İnformasiya Departamentinin texniki dəstəyi ilə baş tutan tədbirdə gənclərə BMT-nin yaradılması, missiyası, onunla bağlı əsas faktlar və s. haqqında məlumat verilmiş, zəruri ədəbiyyatlar paylanılmışdır.
“67 il Sizin xidmətinizə” devizi ilə həyata keçirilən tədbirlərdə gənclər üçün BMT-nin fəaliyyətinə həsr olunmuş filmlər nümayiş etdirilmiş, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi tərəfindən bu tədbirlərin keçirilməsində məqsəd beynəlxalq əhəmiyyət daşıyan əlamətdar günlərdə və tədbirlərdə Azərbaycan gənclərinin fəallığını nümayiş etdirməkdir.

Mətbuat Xidməti
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !