Azərbaycan paytaxtında «City Challenge» yarışına start verilib -

Azərbaycan paytaxtında «City Challenge» yarışına start verilib

Yarışlarda Porsche 911, Aston Martin Vantage GT3, Audi R8 LMS, BMW Z4 GT3, Ferrari 458 İtalia GT3, Lamborghini Gallardo LP 600+ və Mercedes Benz SLS AMG GT3 markalı avtomobillər iştirak edir.

"City Challenge" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafındadır. Yarışda 10 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edir. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara uyğun tətbiq olunur.

Artıq yarış iştirakçıları hərəkət zolağı boyunca ilk təlim yürüşləri gerçəkləşdiriblər. Yarışı dünyanın 120 ölkəsində 300 milyona qədər insan izləyəcək. Yarışlar oktyabrın 27 və 28-də də davam edəcək.

Üç gün davam edəcək əyləncəli avtoralli yarışlarında iştirakçılar klassik “Qrand PRİX” və klassik “Formula-1” mükafatları uğrunda mübarizə aparacaq.

Daha sonra tanınmış avtoralli ustalarının nümunəvi çıxışı nəzərdə tutulur. Günün ikinci yarısında yarışlar “Formula 1” mükafatı uğrunda davam etdiriləcək.

Saat 19-da yarışlar başa çatandan sonra isə avtoralli ustalarının iştirakı ilə şou proqram olacaq. Proqramda DJ Miri Yusif və Səbinə Babayevanın ifaları dinlənəcək.

Qeyd edək ki, "City Challenge" avtomobil yarışı bundan əvvəl Budapeşt və Buxarestdə keçirilib.
Fotomüxbir:Ceyhun Vəliyev(AzPRESS.az)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !