Mingəçevirdə ekotur -

Mingəçevirdə ekotur

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin bir qrup üzvü Mingəçevir şəhərində ekotur təşkil edib.
Mütəmadi olaraq təşkil edilən ekoturun əsas məqsədi yeniyetmə və gənclərin ətraf mühitə olan marağını artırmaq, ölkəmizin turizm potensialını öyrənmək və ekoloji təşəbbüsləri inkişaf etdirməkdir.
Ekotur zamanı gənclər Mingəçevir şəhərinin kənarındakı yüksəkliyə qalxaraq, ətrafla bir qədər tanışlıqdan sonra Kür çayının ətrafında və 4-cü buxta adlanan ərazidə geniş ekoloji aksiya təşkil etmişdirlər.
Qeyd edək ki, silsilə olaraq təşkil olunacaq ekoturlar çərçivəsində toplanacaq materiallar və tullantılar əsasında “Təbiətdən mədəniyyətə” adlı sərgi təşkil ediləcək.

 

Mətbuat Xidməti
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !