Xəlil Rza Ulutürkün 80 illik yubileyinə həsr olunmuş tədbir -

Xəlil Rza Ulutürkün 80 illik yubileyinə həsr olunmuş tədbir

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə oktyabrın 15-də, saat 12.00 da R.Behbudov adına Dövlət Mahnı Teatrında tədbir keçirildi.Tədbir Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün 80 illik yubileyinə həsr olunub.

Fotomüxbir:Ceyhun Vəliyev (AZPRESS.az)

 

***

 

 

 Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Xalq Şairi Xəlil Rza Ulutürkün 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, mədəniyyət və incəsənət nümayəndələrinin, elm xadimlərinin iştirak etdikləri tədbirdə Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı diqqətə çatdırılmış və bu addımım şairin yaradıcılığına dövlət tərəfindən verilən böyük qiymət olduğu bildirilmişdir.
Çıxışlarda şairin yaradıcılığından, xüsusən vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərdən, onun milli dəyərlərimizin və doğma dilimizin yad elementlərdən və sözlərdən qorunub saxlanılması istiqamətindəki xidmətlərindən danışılmışdır.
Xəlil Rza Ulutürklə bağlı xatirələrini bölüşənlər onun görkəmli şair olmaqla bərabər, əsl insani xüsusiyyətlərindən də söhbət açmışlar.
Sonra musiqili-ədəbi kompozisiya təqdim edilmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !