Akademik Milli Dram Teatrında "Napoleon" tamaşasının premyerası keçirilib -

Akademik Milli Dram Teatrında "Napoleon" tamaşasının premyerası keçirilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ferdinand Bruknerin ;"Napoleon"əsəri əsasında hazırlanan eyniadlı iki hissəli psixoloji dramın premyerası keçirilib. APA-nın məlumatına görə, anşlaqla baş tutan tamaşanın quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Rəqslərin quruluşu əməkdar incəsənət xadimi Rimma Məmmədovaya məxsusdur.
Tamaşada Napoleon obrazını Sumqayıt Dövlət Dram Teatrından dəvət olunmuş Oqtay Mehdiyev, Jozefina obrazını xalq artisti Zemfira Nərimanova canlandırıb. Eyni zamanda səhnə əsərində əməkdar artistlər Sabir Məmmədov (Bertye), Elşən Rüstəmov (Taleyran), aktyorlar Şəhla Əliqızı (Mariya Valevska), Türkel Şabanova (Mariya Luiza), Sərdar Rüstəmov (meneval), Rumiyyə Ağayeva (rəqs müəllimi, bayraqda), Elçin Əhmədov (Fuşe), İlqar Baxşıyev (şeypurçu), Teymur Bədəlov və Vasif Həsənəliyev (təbilçilər) rol alıblar.
Jozefina rolunu canlandıran xalq artisti Zemfira Nərimanova tamaşanın sonunda izləyicilərin ayaq üstdə onları alqışlamasından təsirlənib: "Tamaşanın uğurlu keçməsi, izləyicilərin sona kimi oturub yekunu gözləməsi və sonda ayaq üstdə bizi alqışlamaları mənə xoşbəxt anlar yaşatdı. Hər birimiz tamaşada can qoyduq. Tamaşanın bundan sonra da müvəffəqiyyət qazanacağına inanıram"
İki hissəli"Napoleon" tamaşası bir saat 40 dəqiqə davam edir. Aktyorların geyimləri Akademik Milli Dram Teatrının dərziləri tərəfindən hazırlanıb.
Fotomüxbir:Ceyhun Vəliyev (AzPRESS.az)

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !