Bilik günü ndə Şəmkirin Şeidlər və Abbaslı kəndlərində yeni məktəb binalarının açılışı olmuşdur -

“Bilik günü”ndə Şəmkirin Şeidlər və Abbaslı kəndlərində yeni məktəb binalarının açılışı olmuşdur

“Bilik” günü Şəmkirin Şeidlər və Abbaslı kəndlərinin şagirdləri üçün əlamətdar olmuşdur. Həmin gün hər iki kənddə yeni ikimərtəbəli orta məktəb binalarının açılışı olmuşdur.
Şeidlər kəndində keçirilən mərasimi məktəbin direktoru Nəzakət Heydərova açaraq müasir standartlara cavab verən və hər cür avadanlıqla təchiz olunmuş məktəb binasına görə ölkəmizin başçısına kollektiv adından minnətdarlıq etmişdir. Sonra kənd ağsaqqalı Adil Kərimov ucqar dağ kəndində belə bir tədris ocağının inşasını dövlətimizin elmin, təhsilin inkişafına göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirmişdir.
Sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov və vergilər naziri Fazil Məmmədov çıxış edərək son illər ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində görülən işlərdən, eləcə də bu sahədə qazanılan uğurlardan danışmış, bunun nəticəsi olaraq təhsilimizdəki nailiyyətləri mərasim iştirakçılarının diqqətinə çatdırmışlar. Sonra rəmzi lent kəsilmiş, iştirakçılar məktəbin fənn laboratoriyalarını, kitabxananı, idman və akt zallarını, eləcə də sinif otaqlarını gəzmiş, burada tədrisin keyfiyyətinin yüksəldilməsi üçün yaradılan şəraitlə tanış olmuşlar.
Sentyabrın 15-də, həmçinin rayonun Abbaslı kəndində 480 yerlik orta məktəb binasının açılışı da olmuşdur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !