Bakıda keçirilən yeniyetmələr arasında dünya çempionatının ilk günü Azərbaycan güləşçiləri 5 medal qazanmışlar -

Bakıda keçirilən yeniyetmələr arasında dünya çempionatının ilk günü Azərbaycan güləşçiləri 5 medal qazanmışlar

Avqustun 21-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində güləş üzrə yeniyetmələr arasında Dünya Çempionatı başlamışdır.

Açılış mərasimində çıxış edən Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qeyd etmişdir ki, son illər Azərbaycanda dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində idman sürətlə inkişaf edir. Bu gün ölkəmizdə bir çox idman növləri inkişaf etdirilir və sevindirici haldır ki, bu sırada güləş xüsusi yerlərdən birini tutur. Yüksək nəticələrin davamı kimi bu il Azərbaycan güləşçiləri Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 7 medal qazanmışlar. Bu gün açılışa toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.

FİLA prezidenti Rafael Martinetti artıq Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu, Olimpiya Oyunlarında güləşçilərimizin qazandığı 2 qızıl, 2 gümüş və 3 bürünc medalın əhəmiyyətini qeyd etmişdir. R.Martinetti iştirakçıları salamlamış, turnirin yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə etmiş, yüksək təşkilatçılığa görə ölkə rəhbərliyinə və AGF-yə təşəkkür etmişdir.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev güləş üzrə yeniyetmələr arasında Dünya çempionatının iştirakçılarını salamlamış və bu mötəbər turnirin təşkilini ölkəmizə etibar etdiyinə görə FİLA rəhbərliyinə öz təşəkkürünü bildirmişdir. N.Əliyev demişdir: “2012-ci il ölkə Prezidenti tərəfindən Azərbaycanda “İdman ili” elan edilmişdir və bu da təbii ki, idmanın inkişafına yeni bir təkan veribdir. Bunun nəticəsidir ki, bir neçə gün öncə Londonda başa çatan XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları uğurla çıxış edərək Vətənimizə 10 medalla dönmüşlər. Onlardan 7-si Azərbaycan güləşçiləri tərəfindən qazanılmışdır ki, bu da Azərbaycanın ümumi tərəqqisinin, güləş idman növünün yüksələn xətt üzrə inkişaf etdiyinin daha bir göstəricisidir”.

London Olimpiadasından sonra keçirilən bu yarışın güləşçilər üçün güclərini sınamaq, təcrübələrini artırmaq baxımından da mühüm əhəmiyyətə malik olduğunu bildirən AGF-nin I vitse-prezidenti Namiq Əliyev yeniyetmələrin Dünya çempionatını açıq elan etmişdir.

Daha sonra FİLA tərəfindən Azərbaycan Güləş Federasiyasının nümayəndələri təltif edilmişdir. Azərbaycan Güləş Federasiyasının Beynəlxalq Yarışların Təşkili üzrə Daimi Komissiyasının sədri Sahir Məmmədxanov Bakıda keçirilən beynəlxalq yarışların yüksək səviyyədə təşkilindəki xidmətlərinə görə FİLA-nın qızıl medalı ilə təltif olunmuşdur.

Azərbaycan Güləş Federasiyasının Baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov Azərbaycanda güləşin inkişafındakı xidmətlərinə və güləş qaydalarının yüksək səviyyədə tətbiqinə görə FİLA-nın gümüş medalı ilə mükafatlandırılmışdır.

Yarışlarda dünyanın 41 ölkəsindən 850-dək idmançı Dünya çempionatının mükafatları uğrunda mübarizə aparacaq. Çempionat avqustun 27-də “Crescent Beach” otelində çimərlik güləşi növü üzrə yarışlarla başa çatacaqdır.

Xatırladaq ki,DÇ-2012-nin ilk günü 5 çəki dərəcəsində mübarizə aparan Güləşçilərimiz 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışlar.
42 kq
1/4 final - MAMMADOV, Cosgun (AZE) - REBIKAU, Yauheni (BLR) (2:1, 6:0)
1/2 final - LAZARYEV, Bohdan (UKR) - MAMMADOV, Cosgun (AZE) (2:8, 1:2)
FİNAL - MAMMADOV, Cosgun (AZE) - SHAKHIEV, Aslan (RUS) (4:3)

50 kq
1/16 final - WALTER, Roman Frank (GER) - SUZKAYEV, Ruslam (AZE) (0:1, 0:5)
1/8 final - JAGAS, Samuel (CAN) - SUZKAYEV, Ruslam (AZE) (0:8, 0:7)
1/4 final - OTOGURO, Keisuke (JPN) - SUZKAYEV, Ruslam (AZE) (0:4, 0:3)
1/2 final - KALANIDIS, Theocharis (GRE) - SUZKAYEV, Ruslam (AZE) (0:6, 0:7)
FİNAL - MOHAMMADZADEHNAGHARCHI, Ali Parviz (IRI) - SUZKAYEV, Ruslam (AZE) (0:7, 1:1, 4:1)

58 kq
1/8 final - HASANZADE, Cahid (AZE) - BARRIOS ROCHEZ, Luis Isabel (HON) (7:0, 4:0)
1/4 final - DORN, Niklas Dietmar (GER) - HASANZADE, Cahid (AZE) (0:4, 0:3)
1/2 final - HASANZADE, Cahid (AZE) - KOZAN, Selim (TUR) (2:1, 2:1)
FİNAL - GURIEV, Taimuraz (RUS) - HASANZADE, Cahid (AZE) (0:2, 2:2)

69 kq
1/8 final - NAZHMUDINOV, Omaraskhab (RUS) - SADULLAYEV, Samir (AZE) (1:0, 0:1, 1:2)
1/4 final - MATSUO, Yusuke (JPN) - SADULLAYEV, Samir (AZE) (0:1, 0:2)
1/2 final - SADULLAYEV, Samir (AZE) - DRAMARETSKYI, Sergii (UKR)
Bürünc medal - CHYTADZE, Raman (BLR) - SADULLAYEV, Samir (AZE) (0:5, 0:3)

85 kq
1/8 final - BAGAYEV, Chermen (AZE) - VANCHEV, Georgi Deyanov (BUL) (2:0, 4:0)
1/4 final - BAGAYEV, Chermen (AZE) - SONODA, Taira (JPN) (4:0)
1/2 final - BAGAYEV, Chermen (AZE) - SHAHBAZIGAZVAR, Hossein (IRI) (2:0, 2:1)
FİNAL - BAGAYEV, Chermen (AZE) - TASOEV, Inal (RUS) (0:1, 1:2)
FotoMüxbir:Ceyhun Vəliyev(AzPRESS.az)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !