Qədim Şəmkir şəhər yeri qoruq olacaqdır -

Qədim Şəmkir şəhər yeri qoruq olacaqdır

Mütəxəssislər Qədim Şəmkir şəhər yerində qoruq yaradılmasını vacib sayırlar. Onlar bildirirlər ki, bu, bölgəyə daha çox turist cəlb edə bilər.
Azərbaycan Milli Elmlər Akademiyasının Şəmkir ekspedisiyasının rəhbəri Tarix Dostiyev demişdir ki, həmin tarixi abidənin qoruğa çevrilməsinə əsas verən səbəblər ərazinin həm çox qədim, həm də dəyərli və dünyəvi tarixə malik olmasıdır.
Hazırda Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə layihə hazırlanır. Şəmkir şəhər yeri qoruq olduqdan sonra onun tarixi abidə kimi mühafizəsinin təmin edilməsi ilə yanaşı, buraya gələn ziyarətçilərin və turistlərin sayı da çoxalacaqdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !