Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin açılışı oldu -

Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin açılışı oldu

Bu gün Mingəçevir şəhərində Gənclər üçün Təhsil Mərkəzinin yeni Regional Ofisinin açılış mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan ofisin rəhbəri Tural Kərimov yeni məkanın açılması zərurəti haqqında çıxış etdi. Bildir ki, bu məkan əsasən gənclərin tələbatını ödəmək üçün yaradılıb və burada gənclərin asudə vaxtının səmərəli təşkil etmək üçün hər bir şərait mövcuddur.
Mərkəzin təsisçisi Vüsal Quliyev yeni ofisin açılış münasibəti ilə gəncləri təbrik edərək, Mingəçevir şəhərində gənclərin daha da fəal olmasında maraqlı olduqlarını və belə ofislərinin ölkənin bir çox .əhərlərində yaradılacağını diqqətə çatdırdı.
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Ramiz Əliyev də çıxış edərək, gənclərə hər zaman dəstək olacaqlarını bir daha bəyan etdi.
Daha sonra qırmızı lent kəsildi və ofis qonaqlara təqdim olundu.
Qeyd edək ki, ofisdə gənclər üçün kompyuter, internet, xarici dil kursları, maraq kursları, idman, mədəniyyət, musiqi və s. klubları fəaliyyət göstərir.

Mətbuat Xidməti
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !