kəşfiyyatçı-döyüşçü İbad Hüseynov Gəncədə yerləşən N saylı hərbi hissənin qonağı oldu -

kəşfiyyatçı-döyüşçü İbad Hüseynov Gəncədə yerləşən N saylı hərbi hissənin qonağı oldu

Qarabağ müharibəsində xüsusi xidmətləri olmuş, kəşfiyyatçı-döyüşçü “Azərbaycan Bayrağı” ordenli, Azərbaycan gənclərinə nümunə olan, Türk Dünyasının qəhrəmanı İbad Hüseynov Gəncədə yerləşən N saylı hərbi hissəyə örnəkverici qəhrəman kimi qonaq dəvət olundu.

Əvvəlcə qonaqlar və idarə heyəti hərbi hissənin həyətində Ulu öndərimiz Heydər Əliyevin “Torpaqlarımızı azad etmək üçün bizim güclü ordumuz, güclü xalqımız, iradəmiz, cəsarətimiz var” və “Hər bir müstəqil dövlətin, müstəqil yaşaması üçün onun güclü və müasir tələblərə cavab verən ordusu olmalıdır” kimi dəyərli fikirlərini özündə əks etdirən xatirə lövhəsi qarşısına çicəklər düzdülər. Sonra Hərbi hissənin şəhid olmuş əsgərlərinin məsarları ziyarət edildi

Tədbiri açıq elan edən mayor Elmar Zeynalabdinov çıxış ücün sözü hərbi hissənin komandiri Münasib Əliyevə verdi.
Nizam-intizamı, xüsusi səliqə-səhmanı ilə fərqlənən hərbi hissənin komandiri, polkovnik Münasib Əliyev xüsusi təyinatlı kəşfiyyatçı İbad Hüseynovu 2500 -ə yaxın əsgərə nümunə göstərərək, müharibə şəraitində olan ölkəmizdə, hələki həllini tapmayan Qarabağ problemini yaşadığımız bir dönəmdə, Azərbaycanın bütün hərbi hissələrində, əsgərlərimizdə vətənpərvərlik əhval-ruhiyyəsini formalaşdırmaq, vətənə məhəbbət və sevgi hissi yaratmaq üçün İbad Hüseynov kimi canlı qəhrəmanın tanınmasının çox vacib olduğunu qeyd etdi.

Sonra hərbi hissənin geniş və işıqlı zalında İbad Hüseynovun döyüş yolunu və qəhrəmanlığını əks etdirən “Kəşfiyyatçı” filmi izlənildi. Əsgərlərimizin hər birində ruh yüksəkliyi, vətənpərvərlik hissi oyadan bu film fasiləsiz alqışlarla qarşılandı.
Tədbirdə İbad Hüseynovun komandiri olmuş Məhəmməd Rəhimov çıxış edərək İbad Hüseynovun vətəndaş olaraq göstərdiyi igidliklərdən, fədəkarlıqlarından danışdı elə bir əsgəri olduğu üçün fəxr etdiyini bildirdi.Və İbad Hüseynov kimi qəhrəmanlarımız çöx olsaydı Qarabağımızı itirməzdik söylədi.

Tədbirdə Azərbaycanda az-az olmasına baxmayaraq sosial şəbəkələrdə İbad Hüseynov qəhrəmanlığı haqqında eşidib maraqlanan və təsadüf nəticəsində tanışlıqları baş tutan “Saloğlu” şirkətinin prezidenti Tacəddin Mustafayev də çıxış etdi.O Azərbaycan tarixində qəhrəmanlıq imzasını yazan İbad Hüseynovla fəxr etdiyini bildirdi. “…İbad Hüseynov tarixin az-az yetişdirdiyi qəhrəmanlardandır…gedib təsadüfü, yaxudda yatılı vəziyyətdə kimisə vurmayıb. İbad düşmənin gözlərinə baxa-baxa düşməni məhv edib, Xocalı faciəsini bizlərə yaşadan, Qarabağda sayısız və günahsız qanlar tökən, Qarabağ faciəsində xüsusi xidmətləri olan Monte Melkonyan kimi bir şinayətkarı və onun quldur dəstəsini məhv edib. İbad Hüseynovun qəhrəmanlıq somvolu olaraq adının tarix kitablarına düşməli olduğunu qeyd etdi.

Sonra çıxış üçün söz tarixləşən qəhrəman İbad Hüseynova verildi. Qəhrəman öz çıxışında “… Biz Qarabağımızı döyüşərək itirmədik, çünki ermənilər döyüşən millət deyil. Qarabağ o zamanın hakimiyyət zəifliyinin və özbaşınalığının qurbanı oldu. Ulu öndərimiz zamanında gəlməsəydi, atəşkəs elan edilməsəydi bəlkə də kim bilir Azərbaycanda daha nələr baş verəcəkdi. Bu gün Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, prezidentimiz İlham Əliyev cənabları müharibə əmri verərsə, baxmayaraq sağlamlığım o qədər də yaxşı deyil, amma mən bu gün də sizlərin önündə getməyə hazıram …”

Sonda Hərbi hissənin komandiri Münasib Əliyev “Azərbaycan Respublika Müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifəsini yerinə yetirərkən fərqləndiyinə və erməni qəsbkarlarına qarşı aparılan döyüşlərdə şəxsi igidlik və şücaətlərindən, hərbi hissəmizin şəxsi heyətinə və gələcək döyüşçülərə bariz nümunə olaraq
Türk Dünyasının Milli Qəhrəmanı “Azərbaycan Bayrağı” ordenli Hüseynov İbad Mövsüm oğlu Fəxri fərmanını təqdim etdi.

Tədbirdə “İbad” Vətənpərvərlik Birliyi və İbad Hüseynovun döyüş yoldaşları da iştirak edirdilər.
Xüsusi Foto-Müxbir:Ceyhun Elçinoğlu

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !