Gənclər Azərbaycan milli mətbuatının yaranmasının 137-ci ildönümü münasibəti ilə jurnalistləri mükafatlandırmışlar -

Gənclər Azərbaycan milli mətbuatının yaranmasının 137-ci ildönümü münasibəti ilə jurnalistləri mükafatlandırmışlar

İyulun 21-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 137-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə ölkənin aparıcı televiziya kanallarının, qəzetlərinin, informasiya agentliklərinin təmsilçiləri iştirak etmişlər.
Tədbirdə jurnalistləri 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə təbrik edən ATGTİ-nin sədri Şahin İsmayılov çətin və şərəfli inkişaf yolu keçmiş milli mətbuatımıza dövlət qayğısından söz açmışdır.
Bildirilmişdir ki, müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, senzura ləğv edilmişdir. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, sürətlə inkişaf edən internet resursları cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır.
Sonra 1000 tələbə arasında keçirilmiş sorğunun nəticələrinə əsasən seçilmiş kütləvi informasiya vasitələri, eləcə də fərdi jurnalistlər müxtəlif nominasiyalar üzrə diplomlara layiq görülmüş, hədiyyələrlə mükafatlandırılmışlar.
Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) də ATGTİ ilə sıx əməkdaşlığına görə diplomla təltif edilmişdir.

***

AzPRESS.az :
ATGTİ milli mətbuat günü münasibəti ilə KİV-ləri təbrik etmişdir
AzPress.az xəbər verir ki, iyulun 21-də ATGTİ-də milli mətbuatımızın yaradılmasının 137-ci ildönümü ilə əlaqədar olaraq bir qrup ictimai-siyasi qəzetlərin,telekanalların,informasiya agentliklərinin və fərdi jurnalistlərin mükafatlandırma mərasimi keçirilmişdir.Tədbirdə ölkəmizin aparıcı KİV nümayəndələri,fərdi jurnalistlər,müxtəlif qurumların mətbuat xidmətlərinin rəhbərləri iştirak etmişdir.Təqribən min nəfər tələbə arasında keçirilmiş sorğunun nəticələrinə əsasən KİV-lər ATGTİ tərəfindən müxtəlif nominasiyalarda diplomlarla təltif olunmuş,qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.Müxtəlif nominasiyalar üzrə diplomlar və hədiyyələri ATGTİ-nin sədri Şahin İsmayılov təqdim etmişdir.
AzPress.az Redaksiya Heyəti də Milli Mətbuat günü münasibəti ilə bütün həmkarlarını təbrik edir, bu çətin və şərəfli işdə onlara uğurlar arzu edir.
Sevinc Rzaqızı

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !