Aqil Abdullayevin sərgisi -

Aqil Abdullayevin sərgisi

2011-ci ilin sonunda YARAT yaradıcılıq məkanı kollektivi tərəfindən yaradılan və bugünə qədər fəaliyyət göstərən "ARTIM" layihəsi gənc Azərbaycan rəssamlarına, heykəltəraşlarına, fotoqraflarına və vizual incəsənətin digər peşəkarlarına imkanlar təqdim edir.
Layihənin əsas ideyası adı ilə üst-üstə düşür: "ARTIM" Azərbaycanda mövcud olan müasir incəsənət anlayışının sərhədlərini genişləndirmək və incəsənətdə öz sözünü demək istəyənlərə imkan yaradır.
İlk dəfə YARAT! 2011-ci ilin dekabrında ərizə qəbulu elan etdi. Ən maraqlı ərizə müəllifləri Açıq Qapı Gününə dəvət edildilər. Bir qayda olaraq ÜNS yaradıcılıq səhnəsində keçirilən belə görüşlər zamanı potensial iştirakçılar öz işlərini jürilər qarşısında nümayiş etdirə bilər, peşəkarların fikirlərini eşidə və maraqlı təkliflər ala bilərlər.
Layihənin qeyri-adiliyi onun aktuallığındadır. Layihə hal-hazırda yeni adlar axtarışındadır.
"ARTIM" layihəsinin ilk kəşfi 20 yaşlı Aqil Abdullayevdir. Onun "Bisque" mağazasında keçirəcəyi sərgisi bir ay davam edəcək və yaradıcılığının ilk sərgisidir.
Gənc rəssam Aqil Abdullayev 13 fevral 1992-ci ildə anadan olub. İncəsənətlə ciddi məşğul olmazdan qabaq Universitetdə oxuyurdu. 2011-ci ildə Universiteti buraxmaq və sevimli işlə ciddi məşğul olmaq qərarına gəlir. Layihənin seçim turu zamanı Aqilin istedadı və yaradıcılıq potensialı YARAT yaradıcılıq məkanı kollektivinin diqqətini çəkdi.
Aqilin ilk fərdi sərgisi “I go out by Myself” adını daşıyır. Onun işləri dünyanın rəssamın şəxsi həyatına təsirindən bəhs edir. Müəllif tək gəzməyi, hadisələri və insanları müşahidə etməyi xoşlayır. Gəncliyin qeyri-adi enerjisi, axtarış həvəsi şəkillərin hər birində hiss olunur.
Sərginin keçirilmə məkanı təsadüfi seçilməyib. Neftçilər prospekti, 127 ünvanında yerləşən "Bisque" mağazası Azərbaycanda ilk dəfə müştərilərinə komfortlu həyat tərzi üçün geniş spektrlı mallar təklif edir. Mağazada dəbli qadın geyimləri, kitablar, musiqi diskləri, ev aksessuarları və dəriyə qulluq məhsulları satılır. Mağazanın tərtibatı YARAT" laiyhəsi konsepsiyası ilə üst-üstə düşür.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !