Qalib könüllülər mükafatlandırıldı -

Qalib könüllülər mükafatlandırıldı

Bakı şəhərində faəliyyət göstərən ali təhsil müəssisələrindən 1000 nəfərə yaxın tələbə xüsusi bacarıqları ilə fərqlənərək şəhərimizdə keçirilmiş “Eurovision - 2012” 57- ci mahnı müsabiqəsinin könüllüləri qrupunda təmsil olunmaq üçün seçilmişdilər.

“Euroision- 2012” Mahnı Müsabiqəsində işləyəcək şəxslərin seçimi ilə Gənclər və İdman Nazirliyi və Gənclər Fondu məşğul olmuşlar.

Könülllər 4 aparıcı təşkilatın- Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, “İRƏLİ” İctimai Birliyinin, Gənclər Təşkilatlarının Milli Şurasının və Kreativ Gənclər Birliyinin xətti ilə, eləcə də sərbəst şəkildə edilmiş müraciətlər əsasında müsabiqəyə qatılmışdılar. Müraciət edənlər Nazirlikdə yaradılmış komissiya tərəfindən müsabiqələrdən keçdikdən sonra xüsusi təlimlərə qatılmışlar. Müsabiqəyə könüllü olmaq üçün 3000 nəfərdən çox şəxs müraciət etmiş və ilkin mərhələdə yalnız 750 nəfər könüllü olmaq üçün seçilmişdir.

Qeyd etmək yerinə düşər ki, müraciət edən şəxslər çox ciddi şəkildə yoxlanılmış və bal sisteminə əsasən qruplara bölnmüşdülər ki, bu da gələcəkdə tələb olunan işlərə uyğun könüllülərin cəlb edilməsində böyük rol oynamışdır.

600 nəfər isə rezerv kadr kimi saxlanmış və sonradan 300 nəfərə yaxın könüllü də müsabiqədə işləmək üçün cəlb edilmişdir. Beləliklə Nazirlik tərəfindən 1000 nəfərə yaxın könüllü bu yarışmada könüllü qismində çalışmışlar.

Könüllü qismində ali təhsil müəssislərinin tələbələri ilə yanaşı, müxtəlif müəssisələrdə, şirkətlərdə çalışan şəxslər də qatılmışlar.

Gələcək işlərinə stimul olmaq məqsədilə Nazirlik 7 iyul 2012-ci il tarixdə saat 18.00-da “Buta Palace”-da könüllülər üçün əyləncəli gecə və sertifikatların təqdimetmə mərasimini təşkil edəcəkdir. Mərasimdə Gənclər və İdman naziri Azad Rəhimov, Heydər Əliyev Fondu, Prezident Administrasiyasının və digər dövlət rəsmilərinin iştirakı nəzərdə tutulmuşdur.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !