ATGTİ Eurovision 2012 mahnı müsabiqəsi ilə bağlı layihə həyata keçirmişdir -

ATGTİ “Eurovision 2012” mahnı müsabiqəsi ilə bağlı layihə həyata keçirmişdir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nəzdində fəaliyyət göstərən “Eurovision” işçi qrupu ölkəmizin hazırda ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı layihə həyata keçirmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırılan “Regionlarda “Eurovision-2012” azarkeş zonalarının yaradılması və gənclərin bu azarkeş zonalarına cəlb olunması” layihəsinin məqsədi Bakıda keçirilən “Eurovision 2012” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunması üçün görülən işlərə dəstək göstərmək, bu mövzuda gəncləri maarifləndirməkdir.
Layihə çərçivəsində müxtəlif vaxtlarda Bakı, Şəki və Sumqayıt şəhərlərində yerləşən ali təhsil müəssisələrində görüşlər keçirilmiş, “Eurovision” haqqında təlimlər təşkil olunmuş, gənclərə müsabiqənin tarixi, keçdiyi inkişaf yolu, ölkəmizin bu müsabiqədə iştirakı və digər məlumatlar verilmiş, xüsusi hazırlanmış bukletlər, köynək və papaqlar paylanılmışdır.
Layihə çərçivəsində regionlara səfər edən icraçılar 30 aprel - 2 may tarixlərində Şəki şəhərində olmuş və tələbə-gənclərlə görüşlər keçirmişlər. Qeyd edək ki, böyük maraqla qarşılanan təlimlərdə tələbələr aktiv iştirak etmişlər.
Layihənin son təlimləri 23 may 2012-ci il tarixində Sumqayıt şəhərində yerləşən ali təhsil müəssisələrində keçirilmişdir.
Qeyd edək ki, ATGTİ “Eurovision 2012” mahnı müsabiqəsinə könüllülərin cəlb olunmasında da yaxından iştirak etmiş və bu işə 300 çox gənc cəlb etmişdir.


Hörmətlə,
Məcid Musayev
ATGTİ-nin mətubat katibi

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !