Öz məşəlini alovlandır! Mariya Şerifoviç, Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar Qasımov və Nigar Camal Baku Crystal Hall un səhnəsində şou nümayiş etdirmişlər -

“Öz məşəlini alovlandır!” Mariya Şerifoviç, Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar Qasımov və Nigar Camal “Baku Crystal Hall”un səhnəsində şou nümayiş etdirmişlər

Xəbər verdiyimiz kimi, “Eurovision-2012” mahnı müsabiqəsinin ikinci yarımfinalı təmsilçilərinin jurnalistlər və fanatlar üçün əsas məşqi keçirilmişdir.
Mariya Şerifoviç, Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar Qasımov və Nigar Camal “Baku Crystal Hall”da ikinci yarımfinalın jurnalistlər və fanatlar üçün keçirilən əsas məşqinin interval aktında çıxış etmişlər.
“Eurovision” mahnı müsabiqəsinin bu qaliblərindən ibarət qrup Azərbaycanın milli musiqisi ilə zəngin performans nümayiş etdirmişdir. “Eurovision” ulduzları jurnalistlər və fanatlar qarşısında indiyədək görmədiyimiz bir üslubla, Azərbaycanın milli instrumentlərinin - tar, kamança, nağara, saz və balabanın müşayiəti ilə çıxış etmişlər.
Məşhur beşlik birlikdə 1974-cü ildə İsveçin “ABA” qrupuna qələbə qazandıran “Waterloo” mahnısını ifa etmişdir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !