Öz məşəlini alovlandır! Musiqi və xalq sənəti həftəsi çərçivəsində Azərbaycan və xarici ölkələrin milli rəqsləri ifa olunmuşdur -

“Öz məşəlini alovlandır!” “Musiqi və xalq sənəti həftəsi” çərçivəsində Azərbaycan və xarici ölkələrin milli rəqsləri ifa olunmuşdur

Mayın 23-də Filarmoniya bağında Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) birgə təşkilatçılığı ilə keçirilən “Musiqi və xalq sənəti həftəsi” çərçivəsində BŞMTİ-nin tabeliyində olan musiqi məktəbləri və mədəniyyət mərkəzləri kollektivlərinin ifasında Azərbaycan və xarici ölkələrin milli rəqsləri təqdim olunmuşdur.
AzərTAc xəbər verir ki, “Eurovision-2012” mahnı müsabiqəsi zamanı xarici qonaqlara və turistlərə Azərbaycanın tarixi və mədəni irsi, zəngin mədəniyyəti, digər sahələr haqqında məlumatların çatdırılması, müvafiq xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə keçirilən həftə çərçivəsində tədbirlər mayın 27-dək davam edəcəkdir.
Konsertdə Xətai, Mərdəkan rayonları, İ. Əbilov, A. Şərifzadə, V. Mustafazadə, F.Əmirov adına musiqi məktəblərinin “Səma”, “Lalələr”, “Çovqan”, “Könül”, “Şənlik”, “Aysel”, “Odlar yurdu”, “Cəngi”, “Leyla” rəqs qrupları rəngarəng milli və xarici rəqslər ifa etmişlər.
Onların təqdim etdikləri “Tərəkəmə”, “Ağ çiçəyim”, “Şənli”, “Reyhan”, “Azərbaycan”, “Qaytağı”, “Dilşadi”, “Üzüm”, “Holi-doli”, “Ləkton”, “Voka-voka”, “Manqo”, “Vals” rəqsləri paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən hərarətlə qarşılanmışdır.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !