On min dollarlıq kef tamaşa -

“On min dollarlıq kef” tamaşa

Mayın 21-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi görkəmli bəstəkar Emin Sabitoğlunun “On min dollarlıq kef” ikihissəli musiqili komediyasını tam yeni quruluşda təqdim etmişdir.
AzPRESS xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulan bu səhnə əsərinin quruluşçu rejissoru Əhəd Hacıyevdir. “www.ferzeli-kef.com” adı ilə təqdim olunan tamaşanın dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədovadır.
Rejissor bildirmişdir ki, bu gün tamaşanın heyətində yer almış aktyorlar da çox hazırlıqlı sənətkarlardır.
Tamaşada baş rolları Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar Artist Çingiz Əhmədov, aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Ağaxan Şərifov və başqaları ifa etmişlər.
Yeni quruluşda təqdim olunan bu səhnə əsəri alqışlarla qarşılanmışdır.

Xüsusi-fotomüxbir: Rüstəm İSMAYLOV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !