Musiqi və xalq sənəti həftəsi devizi altında xalq və estrada musiqisi ifaçılarının konserti başlamış və əl işlərindən ibarət sərgi -

“Musiqi və xalq sənəti həftəsi” devizi altında xalq və estrada musiqisi ifaçılarının konserti başlamış və əl işlərindən ibarət sərgi

Mayın 21–də Filarmoniya bağında Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) birgə təşkilatçılığı ilə “Musiqi və xalq sənəti həftəsi” devizi altında xalq və estrada musiqisi ifaçılarının konserti başlamış və əl işlərindən ibarət sərgi açılmışdır.
AzərTAc xəbər verir ki, “Eurovision-2012” mahnı müsabiqəsi zamanı xarici qonaqlara və turistlərə Azərbaycanın tarixi və mədəni irsi, zəngin mədəniyyəti, digər sahələr haqqında məlumatların çatdırılması, müvafiq xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə keçirilən həftə çərçivəsində sərgilər mayın 27-dək davam edəcəkdir. Hər gün səhər saat 11.00-dan 21.00-dək davam edəcək bu sərgilərdə xalçaçılıq, toxunma qrafika, ağac, metal, daş üzərində oyma, dulusçuluq, bədii tikmə, mil və qarmaqla toxuma üzrə xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcəkdir.
Həftənin başlanmasına həsr olunmuş mərasimdə iştirak edən BŞMTİ-nin rəisi Əlikram Əliyev jurnalistlərə demişdir ki, sərgilərlə yanaşı, hər gün axşam saat 18.00-da Bakı sakinləri və şəhərimizin qonaqları üçün konsertlər də təşkil olunacaqdır.
Həftə çərçivəsində Azərbaycan xalq musiqisi, klassik və caz musiqisi, Azərbaycan milli və dünya xalqlarının rəqsləri günləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəfəs musiqi alətləri orkestrinin çıxışı, Azərbaycan estrada musiqisi günü, “Bəyaz gecələr” instrumental ansamblının və “Bakı gecələri” estrada orkestrinin konsertləri təqdim ediləcəkdir.
Həmçinin bu günlər ərzində paytaxtımızın sakinləri və qonaqları burada nümayiş etdirilən sənətkarlıq nümunələrindən əldə edə, milli mətbəximizin bənzərsiz nemətlərindən dada bilərlər.
Ə.Əliyev demişdir ki, burada yaradılmış milli evdə istənilən qonaq qədim milli geyimlərimizin fonunda şəkil çəkdirə biləcəkdir.
Diqqətə çatdırılmışdır ki, ümumilikdə “Musiqi və xalq sənəti həftəsi”ndə Şəki, İsmayıllı, Qobustan rayonlarından gəlmiş, eləcə də paytaxtımızda fəaliyyət göstərən sənətkarları əhatə edən 12 guşə fəaliyyət göstərir.
“Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsi Şəkidən gəlmiş Rza Mustafayevə min bir zəhmət hesabına ərsəyə gətirdiyi bənzərsiz sənət nümunələrini həm nümayiş etdirmək, həm də satmaq imkan yaratmışdır.
R.Mustafayev bildirmişdir ki, o, misgərlik sənətini babalarından öyrənmişdir. Atam dövrünü ən güclü sənətkarlarından olmuşdur. Hazırda mənim hazırladığım mis qabların bir çoxu xarici ölkələrdə nümayiş olunur. İnanıram ki, “Eurovision” yarışması musiqimizlə yanaşı, milli misgərlik sənətinin tanınmasına, təbliğinə də öz töhfəsini verəcəkdir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !