Onun Sevgi məktubları kitabının imza günü -

“Onun Sevgi məktubları” kitabının imza günü

millət vəkili Qənirə Paşayevanın “Onun Sevgi məktubları” adlı kitabının oxucular üçün növbəti imzalanma mərasimi keçirilmişdir. Mərasim saat 17.00-da “Əli və Nino” kitab dükanları şəbəkəsinin Metro Park alış-veriş mərkəzinin 3-cü mərtəbəsində yerləşən satış məntəqəsində (Təbriz küçəsi 4, Nərimanov metrosunun yaxınlığı) baş tutmuşdur. 
Qənirə Paşayeva bildirib ki, "Onun sevgi məktubları" kitabının satışından əldə olunacaq gəlir bütünlüklə, həyat yoldaşını itirmiş üçuşaqlı kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəldiləcək. 
FotoMüxbir:Ceyhun Elçinoğlu

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !