Bu gün Abşeron qaleriyada balaca,lakin istedadlı rəssam Məhəmməd İsmayılovun sərgisi keçirilmişdir. -

Bu gün Abşeron qaleriyada balaca,lakin istedadlı rəssam Məhəmməd İsmayılovun sərgisi keçirilmişdir.

İçəri şəhərdəki “Abşeron” Rəsm Qalereyası baharın növbəti sərgisini yeniyetmə rəssam Məhəmməd İsmayılovun yaradıcılığına həsr etmişdir.Bu sərgi Məhəmmədin uşaq yaradıcılığına maraq göstərənlərə ikinci hesabatıdır.Onun ilk fərdi sərgisi 3 il öncə “ Uşaq dünyası “ qalereyasında açılmışdı.”Abşeron”qalereyasındakı sərgi isə 3 aprel 2012-c-i il tarixdə,saat 17:00-da açılacaqdır.Sərgidə M.İsmayılovun 66 əsəri nümayiş etdirilir.Onların əksəriyyəti müxtəlif texnikalarda–sulu boya,quaş,pastel,flomaster,tuş,qələm,karandaşla,habelə qarışıq texnikada işlənmiş qrafika nümunələridir. Ekspoziyanı həm də 3 vitraj bəzəyir.

Məhəmməd Nəriman oğlu İsmayılov Azərbaycanın ən istedadlı balaca rəssamlarındandır. Onun əsərləri həm nüfuzlu respublika sərgilərinin, həm də xarici sərgilərin ekspozisiyasını dəfələrlə bəzəmişdir. Balaca rəssam yeni əsrin lap əvvəlində, 31 iyun 2001-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Rəsm çəkməyə 5 yaşından başlamış, əvvəllər təcrübəli pedaqoq Rəhilə Məmmədzadənin başçılığı altında Mərkəzi məktəblilər sarayının rəsm dərnəyində təsviri sənətlə məşğul olmuşdur. 2009-cu ildə “Abşeron” Rəsm Qalereyası Məhəmmədin nağıla bənzər rəsmləri əsasında “Məhəmmədin nağılları” kitabçasını hazırlamış və kütləvi tirajla nəşr etdirmişdi. Həm kitabça, həm də balaca rəssamın nağıl rəsmləri sənətsevərlərin diqqətini cəlb etmişdi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Məhəmməd İsmayılov tanınmış pedaqoq Dilara Atakişiyevanın studiyasına qəbul edilmişdi.
O, bir ildən artıqdır ki, “Da-ART” studiyasında təsviri sənətin sirlərini öyrənir və balaca istedadın yaradıcılığında yeni mərhələnin başlandığı hiss olunur. Məhəmmədin yaradıcılığı “Abşeron” Rəsm Qalereyasının nəşr etdirdiyi “Təsviri sənətdə 100 çiçək” və “Azərbaycanın uşaq təsviri sənəti” kitablarında işıqlandırılmışdır. Ötən il qalereyamız uşaq təsviri sənəti ilə bağlı yeni layihə ilə çıxış etmişdir. 24 nəfər istedadlı balaca rəssamı birləşdirən “Abşeronun övladları” internet saytı və klubu yaradılmışdır. www.absheronchildren.com saytının ünvanına dünyanın müxtəlif ölkələrindən həm Məhəmmədin, eləcə də digər istedadlı Abşeron övladlarının yaradıcılığı haqqında xoş rəylər gəlir.
Bir çox sənətsevərlərin fikrincə son il ərzində M. İsmayılovun yaradıcılığı dəyişikliyə uğramış, xeyli təkmilləşmişdir. Balaca rəssam heç bir çətinlik çəkmədən öz yaradıcı təxəyyülünü realizə edir və kağız üzərində bir-birindən maraqlı nağıl kompozisiyaları yaradır.
Məhəmməd İsmayılovun fərdi sərgisi aprelin 7-nə kimi davam edəcəkdir.
Ünvan:İçərişəhər,Asəf Zeynallı küçəsi,11(Polşa səfirliyinin və “Yaşıl aptekin” yaxınlığında).Tel.:492 21 42 .

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !