• Regionlarda Novruz Bayramı qeyd olunur -

• Regionlarda Novruz Bayramı qeyd olunur

Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisi gənclərlə birgə baharın gəlişi - Novruz Bayramı münasibətilə möhtəşəm şənlik təşkil etmişdir.
İki hissədən ibarət olan tədbirin rəsmi hissəsində Mərkəzin fəaliyyətində aktiv olan gənclər və müəllimlər diplomlarla təltif olunmuşdurlar.
Daha sonra gənclərin hazırladıqları maraqlı səhnələr nümayiş etdirilmiş, musiqilər səsləndirilmiş, maraqlı oyunlar və yarışlar təşkil olunmuşdur.
Tədbirdə aktiv gənclərlə yanaşı, Mingəçevir şəhərinin müxtəlif icra strukturlarının və QHT-lərinin nümayəndələri, eyni zamanda ABŞ-ın Sülh Korpusunun könüllüləri iştirak etmişdir.
Şəhər gəncləri tədbirin keçirilməsindən məmnun olduqlarını ifadə edərək, regionlarda belə tədbirlərin gənclərə böyük stimul verdiyini qeyd etmişdirlər.

Mətbuat Xidməti
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !