Bakıda SİFE SİLK ROAD liderlərin beynəlxalq konfransi keçirilir -

Bakıda “SİFE SİLK ROAD” liderlərin beynəlxalq konfransi keçirilir

Bakıda “Tələbələr azad sahibkarlıq fəaliyyətində” beynəlxalq proqramı üzrə “SAYF SİLK ROAD” liderlərin beynəlxalq konfransı işə başlayıb. Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Qırğızısatan və Tacikistandan olan komandaların qatıldığı konfransa martın 15-də yekun vurulacaq. SAYF proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub və 2001-ci ildən proqram üzrə dünya kuboku keçirilir. Azərbaycan komandaları isə yarışlara 2006-cı ildən qoşulur. Tədbirdə bildirildi ki, beynəlxalq konfrans çərçivəsində region ölkələrini təmsil edən tələbə komandaları reallaşdırdıqları layihələrə dair təqdimatlar aparacaq və birgə layihələrin hazırlanması üzərində çalışacaqlar.
SAYF VORLDVAYD” beynəlxalq təşkilatının prezidenti Elvin Rohrs bildirib ki, proqram üzrə yarışların keçirilməsində məqsəd gəncləri sahibkarlıq fəaliyyətinə sövq etdirmək, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etməkdir. Region ölkələrini təmsil edən 20 ali məktəbin SAYF komandalarının əməkdaşlıq haqqında memorandumu isə konfransı yekun günü imzalanacaq.
Foto-reportaj V.Ceyhun

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !