Eurovision 2012-nin mayın 22-də keçiriləcək birinci yarımfinalın biletləri artıq satışdadır -

Eurovision 2012-nin mayın 22-də keçiriləcək birinci yarımfinalın biletləri artıq satışdadır

Biletləri almaq üçün linkə daxil olmaq lazımdır

May ayında “Bakı Kristal Zalı”nda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi 2012-nin biletlərinin satışı başlayıb. Müsabiqənin mayın 22-də keçiriləcək birinci yarımfinalının və onun əsas məşqinin biletləri eurovision.tv saytında online sistemdə satılır. Mayın 21-də keçiriləcək birinci yarımfinalın əsas məşqi 30 AZN-50 AZN, mayın 22-də keçiriləcək yarımfinal (canlı şou) şousunun biletləri 90 AZN-150 AZN təşkil edir.

Biletləri bu linkdən əldə etmək mümkündür.

Saytda 57-ci Eurovision Mahnı Müsabiqəsinin keçiriləcəyi «Bakı Kristal Zalı»nın satışda olan yerlərinin də qeyd olunduğu foto yerləşdirilib.

Bildirək ki, mayın 24-də keçiriləcək ikinci yarımfinal (90-150 AZN) və onun əsas məşqinin biletləri (30-50 AZN) martın 5-dən, jürinin səs verəcəyi finalın biletləri martın 12-dən (60-100 AZN), mayın 26-da keçiriləcək final konsertinin biletləri isə martın 15-dən (160-240 AZN) satışda olacaq.

Bir daha xatırladaq ki, “Eurovision-2012” şousunun təşkil olunacağı arena “Bakı Kristal Zalı”nda məhz bu konsert üçün 20 minədək tamaşaçı yeri nəzərdə tutulur. Avropa Yayımları Birliyinin (EBU) qaydalarına əsasən, biletlərin bir hissəsi iştirakçı ölkələrin nümayəndə heyətləri, şounun sponsorları, Avropa Yayımları Birliyinin nümayəndələri üçün nəzərdə tutulur. Bundan sonra biletlərin digər hissəsi satışa çıxarılır. Satışdakı biletlərin 1/3 hissəsi beynəlxalq, digər hissəsi isə Azərbaycan auditoriyası üçündür. Satışdakı biletlər ölkələr arasında proporsional sayda bölünür. Alınan hər bilet həmin bilet sahibinin adına olmalıdır. Online satış sisteminə bilet əldə edəcək şəxsin adı və soyadı, şəxsiyyəti təsdiqləyən sənədin nömrəsinin də burada bildirilməsi vacibdir. Bir şəxs internet üzərindən bir ödəmə kartı ilə maksimum 4 bilet ala bilər. Ödəmələr MasterCard, Visa, American Express ödəmə kartları ilə aparılır. Lakin əldə olunan hər bir bilet konkret adamın adına rəsmiləşdirməlidir və bu biletdən yalnız həmin şəxs istifadə edə bilər, onu digərinə verə bilməz. Bu zaman bilet alan şəxs barədə saxta məlumatların daxil olunması bileti etibarsız edəcək. Online satış zamanı müştəri biletin əldə olunmasını təsdiq edən elektron məktub alacaq. Bilet sahibləri elektron ünvana daxil olmuş vauçeri konsert ərəfəsində Bakıdakı satış köşklərinə verərək biletlərini əldə edəcəklər. Bu, saxtalaşdırmanın və qara bazar satışının qarşısını alacaq.

eurovision.az

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !