MÜZƏFFƏRİ HƏQİQİ ÇİNGİZ : - SOYQIRIM ÜNVANLARI...

MÜZƏFFƏRİ HƏQİQİ ÇİNGİZ : SOYQIRIM ÜNVANLARI...

Xocalı qətliamından 20 il ötdü. Haqq-ədalət öz yerini tapanadək erməninin qara vicdanına al qanla yazılmış, bəşər övladının adına yaraşmayan bu hadisəni Sarkozi kimi psevdodemokratiya aşiqlərinin həqiqəti görməyən gözlərinə və eşitməyən qulaqlarına çatdırmalıyıq. Əks halda necə deyərlər, meymun baxar güzgüyə, adını qoyar özgəyə. Bu yazımızda insanlıq suçu olan 20 soyqırım epizodunu gözdən keçirmək fikrindəyəm.Bunlardan 10-u dünya coğrafiyasının müxtəlif məkanlarına, yerdə qalanları isə millətimə və xalqıma aiddir.


DÜNYADAKI SOYQIRIMLAR.

1.Hindular- Amerikanın aborigen əhalisi sayılır. XV əsrin sonlarında Xristofor Kolubmb ilk olaraq kəşf etdiyi Amerikanı Hindistan zənn etdiyindən yerli əhalini də hindli hesab etmişdi.XV əsrdə hindu xalqlarının sayları 2200-ə çatırdı.Bu rəqəm hazırda mindən çox deyil. Çağdaş Amerikada 60 milyonadadək hindu yaşasa da, məhv edilmiş Astek, Mayya, İnk kimi yüksək sivilizasiyaların varisləri olan bu toplum Qərbin mənəvi və fiziki soyqırımına məruz qalmışdır.XX əsrin əvvəllərində hinduların sayı cəmi 200 min nəfər təşkil edirdi. Mədəni avropalılar hindulara qarşı əslində bakterioloji müharibədən də, istifadə etməkdən çəkinməmişdilər. Belə ki, çiçək xəstəiyindən ölmüşlərin yorğanlarını hindu məskənlərinin yaxınlığına qoyurdular. Heç nədən şübhələnməyən hindular bu yorğanlardan istifadə edərək, kütləvi şəkildə qırılırdılar.

2.XlX əsrdə Rus-Osmanlı müharibələrində və Avropada ermənilərin soyqırım məzmunlu terrorçu fəaliyyətləri danılmazdır. Bunun üçün erməni “Daşnaksütyun”, “Qınçaq”, “Asala” və daha neçə-neçə terrorçu təşkilatlatlar yaratmışdır.


3.Birinci Dünya müharibəsi illərində xristian ordularının tərkibimdə 400 minədək erməni vardı. Amerikalı alim Con Makkartni bu dövrdə Qafqazda 2.6 milyon müsəlman əhalinin məhv edildiyini yazır. Türk-müsəlmanlara qarşı soyqırımlar törətmiş ermənilər Osmanlıları uydurma soyqırım böhtanı ilə şərləyirlər. 1915-ci il hadisələrindən bəhs edən rus artilleriya podpolkovniki Tverdoxlebov yazırdı ki, qorxaqcasına döyüş meydanlarından, əsgərlərin qabağından qaçan ermənilər qruplar halında birləşərək köməksiz, silahsız qoca, qadın və uşaqlara qarşı fövqəladə “igidliklər” göstərirdilər.Bizim arxamızda gizlənən bu qaniçən, qorxaq azadlıq aşiqləri köməksiz türk qadın, qoca, uşaqlarını kəsib-döğrayırdılar. Belə faktların sayı - hesabı yoxdur. Erməni soyqırım haqqında hay-huy salanda yadıma işlətdiyimiz bir deyim düşür: ”Necəsən adımı sənə qoyum, səni yana-yana qoyum?”

4.Sovet dönəmində, 1932-33-cü illlərdə kolxoz quruculuğunu qəbul etməyən Ukrayna etnosunun təqribən 10 milyon nəfərini aclıqla soyqırımına məruz qoymuşlar. Səkkiz ay ərzində ərzaq təminatından məhrum edilmiş, mühasirəyə alınmış butöv bölgələrdə əhali hətta öz övladlarını, qəbiristanlıqlardakı cəsədləri də yeməyə məcbur olmuşdu. Məhz bu illərdə SSRİ Avropaya daha çox taxıl satırdı...
Bu soyqırım hadisələri Ukrayna tarixinə “Qolodomor” kimi düşmüşdür.

5. Faşist Almaniyasında 1933-45-ci illərdə yəhudilərin kütləvi şəkildə məhv edilməsi “Xolokost” adlanır.
Nürnberq məhkəməsində SS ştandartenfüreri Diter Visilitseni ifadəsində təqribən 5 milyon yəhudinin öldürüldüyünü bildirmişdi. Hələ də “Xolokost” şahidlərinin sağ olduğu bir zamanda, yəhudilərin fələstinlilərə münasibətini görəndə heyrətlənməyə bilmirəm.

6. 1943-cü il martın 22-də alman faşistləri Belorusiyanın XATIN kəndinin bütün əhalisini – 149 nəfəri diri-diri yandırmışdılar.

7.Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinin 1945-ci ilin 6 və 9 avqust tarixlərində ABŞ-ın NÜVƏ SİLAHI ilə bombardımanı nəticəsində yüz minlərlə dinc əhalinin qətlə yetirilməsi soyqırım deyildimi? Xirosimada 90 – 166 min, Naqasakidə 60-80 min mülki əhali məhv olunmuşdu. Nəsillər dəyişsə də, hazırda da, Yaponiyada şüa xəstəliyi bu ölkədə canlar almaqda davam edir.
ABŞ-n bu soyqırımı 1941-ci il dekabrın 7-də Prill-Harborda 2600 əsgərin öldürülməsinə qisas-cavab kimi törətdiyini düşünmək olar. Eynən ekiz göydələnlərin heyfinin müsəlmanlardan alındığı kimi.

8.1945-ci ildə Fransa imperiyası Əlcəzairdə soyqırımına başladı. Fransa 300-400 min ərəbin öldürülməsini etiraf etsə də, ərəb mənbələri bu rəqəmin 1.5 miyon olduğunu iddia edirlər. Erməni aşiqi Sarkozinin atasının da bu illərdə Əlcəzairdə xidmət elədiyi məlumdur.

9.1969-cu ildə ABŞ əsgərləri Vyetnamın Sonqmi kəndində bütün dinc əhalini məhv etmişdilər. Bu müharibədə ABŞ əsgərlərinin 500-dək mülki vyetnamlıları qətlə yetirmələri haqqında məlumatlar vardır.

10.1982-ci il sentyabrın 16-17-də Beyrutun qərbində salınmış Fələstin qaçqınlarına məxsus Səbra və Şətilə adlı düşərgələr İsrail-Ərəb müharibəsinin alovlarında yanmışdılar. Burada 700-3500 dinc fələstinlinin qətlə yetirildiyini yazırlar.
Bu illərdə İsrailin müdafiə naziri olmuş Ariel Şaron 2006-cı ildən veqetativ vəziyyətədir, bu xəstəlik haradasa beyin iflici anlamına gəlir.Deyirlər məzlumun duaları ilə Tanrı arasında pərdə olmur.

VƏTƏNİMİZƏ, MİLLƏTİMİZƏ VƏ XALQIMIZA QARŞI TÖRƏDİLMİŞ SOYQIRIMLAR.

1.XlX əsrin əvvəllərindən Qafqaza pərçimlənmiş haylar canımıza, malımıza, mədəniyyətimizə, mənəviyyatımıza qarşı soyqırımlar törətməkdən usanmırlar. Rusiyanın Azərbaycanı işğal etməsində erməninin rolu əvəzsizdir. Belə faktlar həddindən artıq çoxdur. Məsələn, Cavad xanın məğlub edilməsində, Rusiya-İran müharibələrinin gedişatında hayların əvəzzsiz xəyanətkar xidmətləri hamıya məlumdur.
2.XX əsrin əvvəllərində tarixə erməni-müsəlman qırğınları kimi düşmüş qanlı olaylar da, bu zülmətdən törənmiş nankor qonşularımızın bəd əməllərindədir. Bütün Azərbaycanda 1905-7-ci illərdə günahsız azərbaycanlıların tökülən qanlarını sadalamaqla siyahını uzatmaq istəmirəm.

3.1918-ci il martın 30-u aprelin 3-də baş vermiş erməni vəhşilikləri zamanı Bakıda 12 min, sentyabradək isə 50 mindən artıq soydaşımız erməni vandalizminin qurbanı olmuşdu. Bunun ən bariz sübutlarından biri - bu yaxınlarda Qubada aşkar olunmuş kütləvi məzarlıq da dediklərimizi təsdiqləyir.

4. 1918-1920-ci illərdə mövcud olmuş AXC-ni 1920-ci ilin 28 aprelində məhv etmiş Xl Qırmızı Ordu bir ildə 48 min soydaşımızı qətlə yetirmişdi. Bunlar da əsasən ziyalılar, hərbçilər bir sözlə millətin qaymaqları idilər.

5.Rəsmi məlumatlara görə Stalin repressiyalarının qurbanları arasında 29 min həmvətənimiz vardır. Bunlar da, əsasən H.Cavid, M.Müşfiq kimi millətimizin öncülləri idilər. Əlifbamız, tariximiz, mədəniyyətimiz, mənəviyyatımız da repressiyaya məruz qalmışdır.

6.1941-45-ci ilərdə Böyük Vətən müharibəsində 400 mindən artıq soydaşımızı itirdik. Bu işin faciəli cəhəti onda idi ki, həmvətənlərimiz cəbhənin hər iki tərəfində, özgə maraqları üçün döyüşməli olmuşdular.O dövrdə sayı 3 milyondan az olan millət üçün bu kiçik rəqəm deyildi.

7.1941-46-cı illlərdə XX əsrdə xalqımız artıq 4-cü dəfə milli-azadlıq uğrunda, bu dəfə S.C.Pişəvərinin başçılığı altında ölüm-dirim mübarizəsinə qalxmışdı. Bu faciəni bizim ailəmiz də yaşamalı olmuşdu. Qeyri-rəsmi məlumatlara görə bu hərəkatda 250 mindən artıq fadai -həmvətənlərimiz öz həyatlarından olmuşdular.

8.1979-cu ildə aprelin 1-də İranda İslami dövlət quruldu.. Rəsmi məlumatlara görə 25 min insan bu inqilaba qurban getmişdi. Bu rəqəmin əslində çox olduğunu və ölənlərin daha artıq azərbaycanlılar olduğunu düşünürük.

9.Tarixdə ən qanlı, eyni zamanda ən mənasız müharibələrdən biri də, 1980-ci ilin 22 sentyabrından 1988-ci ilin 20 avqustunadək davam etmiş İran-İraq müharibəsidir. Bu müharibədə 1 milyonadək əsgərin öldürülməsi haqqında məlumatlar vardır. Həlak olanların üçdə ikisinin azərbaycanlılar olduğunu düşünmək olar. Səddamın da döyşlərdə türkmənlərdən istifadəsini danmaq olmaz. Həm müharibə gedir, həm də rejimə müxalif ola biləcək qüvvələr müharibə dəyirmanında üyüdülürdü... İran-İraq müharibəsində həlak olmuş günahsız gənclərimizin sahilsiz dənizə bənzəyən məzarlıqlarını mən də görmüşəm. Həyatımda ən çox kədərlədiyim anlardan birini məhz bu zaman yaşamışam. O vaxtdan bir sual məni düşündürür: axı niyə bu cavanlarımız torpaqların altında yatırlar, müqəssirlər isə, işıqlı dünyada gəzirlər?

10. 1988-ci ildən davam edən Qarabağ müharibəsində 30 minədək soydaşlarımız həlak edilmişlər.Yalnız azərbaycanlı olduqlarına görə bu insanların qanları tökülmüş, canlarından olmuşlar. 1988-ci il fevralın 28-29-da özlərinin Sumqayıtda həyata keçirdikləri cinayətləri bugün də ermənilər əleyhimizə əldə bayraq edirlər. Sumqayıtda qətlə yetirilmiş 26 ermənidən 5-nin Eduard Qriqoryanın əli ilə öldürülməsi çox mətləblərdən xəbər verir.
1992-ci il fevralın 26-da ermənilər Xocalıda millətimizə qarşı misilsiz cinayətlər törətməklə 613 məsumu xüsusi qəddarlıqlarla öldürmüşlər.
Sadaladığım bu soyqırımlar millətimizi və xalqımızı ruhdan salmamalı, əksinə dünyanı bürüyən bəlaların fonunda daha da birləşdirməlidir. Ağlamaq bizlərə yaraşmaz. Hələ XX əsrin əvvəllərində boyük Sabirimiz yazırdı ki, ağladıqca, kişi qeyrətsiz olur, necə ki, ağladı İran oldu.
Əgər diqqət etdinizsə, soyqırımlarla bağlı 20 tarixi epizoddan 6-sı hay-huylarla əlaqədardır. Belə görsənir ki, müsibət və zülmət erməninin mahiyyətindədir.

Müzəffəri-H.Ç. Sumqayıt ş.
24.02.2012-ci il.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !